Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-265/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, Tələbkar Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbdən imtinası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 22200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,5 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,1 manatı tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Tələbkar Qurbanov X1 Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödəniləcək olan 22618,55 manat pul vəsaitindən 18000 manat ödənildiyini, qalan məbləğdən isə imtina etdiyinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət etmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 22200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,5 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,1 manatı tutularaq iddiaçı Tələbkar ödənilməlidir; Tələbkar tərəfindən Nərimanov Rayon İcra şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 nömrəli, xx.xx.2023-cü il icra sənədi üzrə ödəniləcək olan 22618,55 manat pul vəsaitindən 18000 manat ödənildiyini, qalan məbləğdən isə imtina etdiyini qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X2 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verə bilər. Həmin Qanunun 21.1-ci maddəsinə görə məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən ona xitam verilir. Məhkəmə qeyd edir ki, tələbkarların tələbdən imtinası qəbul edilərək təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-265/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-265/2024
20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver