Məhkəmə qərarları › İş №8(005)-266/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-266/2025

30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-266/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1nun Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə məhkəmənin inzibati binasında (Bakı, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarxli cavab məktubuna istinadən Nərimanov rayon icra Şöbəsinin rəisi Rəşad Abbasov və İcra Məmuru Babək Qarayevin hərəkətləri qanunsuz hesab edilsin və Nərimanov rayon Məhkəməsinin 2(005)- 414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzərinə həbs qoyulmuş avtomobillərin hərracda satışından əldə edilən vəsaitdən ilkin olaraq X3 tələblərinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkənəsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 160000 manat tutularaq X3 xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş və Nərimanov rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu Tcfiq oğluna məxsus Ford Transit yük markalı, 90-CY- 299 dövlət qeydiyyat nişanlı, Ford Transi: yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X14 yük rnaıkalı, 90- FY-299 dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, 90- ZX-299 dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X14 515CDİ markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X14 markalı, 10- BY-299 dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99- MK-299 dövlət qeydiyyat nişanlı, X16 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həbsdə olan avtomobillərin bir qismi hərracda satılmış və sonradan aydın olmuşdur ki, borcluya qarşı başqa şəxslərin də iddia tələbləri olmuş və onlar da məhkəməyə müraciət etmişdir. Nəticədə müvafiq qətnamələr çıxarılmış və icraya göndərilmişdir. Hal-hazırda yaranan problem borcluya aid avtomobillərin satışından əldə edilmiş vəsaitin tələbkarlar arasında hansı ardıcıllıqla bölüşdürülməsi ilə bağlıdır. X10 ilk olaraq onun tələblərinin təmin edilməli olması ilə bağlı Nərimanov rayon İcra Şöbəsinə müraciət etsə də həmin qurum tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə tələbkarın tələbləri təmin edilməmişdir. Belə ki, Nərimanov rayon İcra Şöbəsi "İcra Haqqında" Qanunun 75.8-ci maddəsini əsas gətirərək əldə edilmiş vəsaitin tələbkarlar arasında növbəlilik qaydasında deyil mütənasib qaydada bölüşdürülməli olduğunu qeyd etmişdir. Bununla bağlı bildirmək istəyir ki, tələbkar kimi İbrahimov Aqilə verilmiş icra sənədi daha öncə verildiyi üçün avtomobillərin satışından əldə edilmiş vəsait ilk öncə onun tələbinin qarşılanmasına yönəldilməlidir. Göründüyü kimi qanunun 75.6-cı maddəsinə əsasən qalan tələblər beşinci növbədə, icra sənədlərinin daxil olma ardıcıllığına əsasən ödənilməlidir. Cari işdə İbrahimov Aqilin iddiasının təmin edildiyini əks etdirən Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi digər icra sənədlərindən əvvəl İcra Şöbəsinə daxil olduğu üçün ilkin olaraq onun tələbləri təmin edilməlidir. Hal-hazırda Nərimanov rayon İcra Şöbəsi bu məsələ ilə bağlı fərqli düşünməkdədir və vəsaitin tələbkarlar arasında mütənasib qaydada bölüşdürülməli olduğunu bildirməkdədir. Bu yanaşma olduqca yalnışdır və qanunun tələblərinin birbaşa pozuntusudur. Eyni zamanda İcra haqqında qanunun 75.8-ci maddəsinin cari işə tətbiq edilməsinin də əhəmiyyətsiz olduğunu düşünür. Məhkəmə iclasında iştirak edən tələbkar - ərizəçi bildirmişdir ki, artıq iki il müddətindən çoxdur ki, icra sənədinin icrasını gözləyir və “İcra Haqqında”qanunun 75.6 maddəsində göstərilir ki, sıra ilə təmin olunur. Hazırda sırada özüdür. Digər şəxslər ondan sonra tələb edən şəxslərdir. “İcra Haqqında” qanunun 75.8-ci maddəsində göstərilir ki, növbəli sistemdən sonra eyni hüquqlu adamlar arasında bölünməlidir. Borclunun əlavə 5.000.000 manat dəyərində əmlakı var və özü artıq üç ildir ki, gözləyir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev bildirmişdir ki, X1nun işi ilə əlaqədar borclunun əmlakına həbs qoyulmuş və həbsin qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuşdur. Əmlakın hərraca çıxarılıb satılması ilə bağlı da qiymətləndiriciyə məktub göndərilib, lakin icra prosesi zamanı icraya digər işlər də daxil olmuşdur, yəni borclu olduğu şəxslərin sayı çoxalmışdır. Bu prosesi bu işlə bağlı görmüşdür və digər işlər daxil olmamışdan əvvəl bu vətəndaşın işi ilə bağlı avtomobillər satılıb bir hissəsi ödənilmişdir. Hazırda 80.000 manat borc qalıb. Sonradan digər işlər daxil olduqdan sonra işləri birləşdirib mütənasib şəkildə məbləği bölmək qərarına gəlmişdirlər. Borclunun adına daşınmaz əmlaklar var. Əmlakların bəzilərinin girovda olmasına baxmayaraq onların üzərinə həbs qoyulmuşdur və qiymətləndirici dəvət edərək birinci girov üzrə borc bağlandıqdan sonra qalan məbləğ digər tələbkarlar arasında mütənasib şəkildə bölünəcək. Faktiki olaraq Nərimanov Rayon İcra şöbəsinin depozit hesabında 30.000- 34.000 manat pul vəsaitini mütənasib bölmək istəmişdirlər, lakin qarşı tərəf şikayət etmiş, onun icra sənədinə əsasən satılıb əldə olunan vəsait olduğuna görə bir başa həmin pul vəsaiti ona ödənilməsini xahiş etmişdir. “İcra Haqqında” Qanunun 75-ci maddənin digər bəndlərində də göstərilib ki, mütənasib bölünə də bilər. Digər tələbkarlar icra prosesi barədə məlumatlıdırlar və bildirirlər ki, əgər əmlak satılıbsa həmin məbləğ mütənasib bölünsün. Digər danışmaz əmlaklara həbs qoyulub və hərraca çıxarılıb satılaraq tələbkarın vəsaiti ödəniləcək. Tələbkara ərizə ilə məhkəmə qaydada rəsmi olaraq müraciət etməsini, bundan sonra pulu verə biləcəklərini bildirmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdirlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu X3 şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş: - Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3 cavabdeh Borclu qarşı “müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi təsdiq edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X14 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X14 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X14 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, 10-LD299 dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X16 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, şöbənin icraatında Borclu qismində tərəf olduğu bir neçə icra sənədi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan əmlakların satışından əldə olunan vəsait Borclu olduğu icra sənədləri mütənasib şəkildə ödəniləcəkdir. Qeyd olunan məktubla icra məmurunun qanunsuz hesab etdiyi hərəkətlərindən aidiyyəti məhkəməyə şikayət hüququnun olması izah olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 54.2. Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. 75.1. Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. 75.2. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 75.3. İkinci növbədə əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər təmin edilir. 75.4. Üçüncü növbədə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər təmin edilir. 75.5. Dördüncü növbədə dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər təmin edilir. 75.6. Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. 75.7. Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. 75.8. Borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur (maddə 54.1.). Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir (maddə 54.2.). Eyni borclu barəsində ayrı-ayrı icra qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir (maddə 54.3.). Bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə icra xidməti tərəfindən ayrı-ayrı icra qurumunda icra sənədləri üzrə başlanılmış icraatlara dair müvafiq məlumat bankı yaradılır (maddə 54.4.). Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür (maddə 75.1.). Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür (maddə 75.6.). Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir (maddə 75.7.). Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli arayışla müəyyən olunur ki, Borclu qismində tərəf olduğu icra sənədləri aşağıdakılardır: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasıya prosesi nəticəsində X12 və Borclu arasında 29 08.2023-cü ıl tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1 Bu Saziş ilə Birinci tərəf X12 ilə İkinci tərəf Borclu qarşılıqlı olaraq razılaşırlar ki, X6, borc kimi xx.xx.2023- cü il tarixində Borclu odluna verdiyi və Borclu tərəfindən 29.07 2023-cü il tarixində X8 geri qaytarmalı olduğu 65 635 AVRO pulu. Borclu xx.xx.2023-cü ıl tarixində tum olanıq X9 gen qaytaracaqdır. 2. xx.xx.2023-cü ıl tarixinə qədər X12 tərəfindən həmin pulun geri tələb olunması uçun Məhkəməyə və ya icra Şöbələrinə müraciət olunmayacaq. 3. xx.xx.2023-cü il tarixinə qədər Borclu həmin 65 635 AVRO pulu X8 qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə X8 hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir, (məlum icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır). - Bakı Kommersiya Məhkəməsinin e-16(113)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx"ASC-nin cavabdehlər Borclu və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Borclu mülkiyyətində olan: ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 3 ev 20, 40 saylı mənzil; Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, 2 saylı mənzil və 3 saylı mənzil; ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası; 10TY299 nömrə nişanlı, 2006 buraxılış il, ban nömrəsi WD69061531N313426, ağ rəngli, X14 515CDİ markalı yük avtomobili; 90ZX299 nömrə nişanlı, 2008 buraxılış il, şassi nömrəsi KMCGK17CP8C081607, ağ rəngli, Hyundai HD72 markalı yük avtomobili; 99XV299 nömrə nişanlı, 2002 buraxlış ili, ban nömrəsi WDB9036111R377688, sarı rəngli, Mercedes Benz 308 CDİ markalı yük avtomobili; 90FY299 nömrə nişanlı, 2007 buraxılış ili, ban nömrəsi WDB9061531N328568, ağ rəngli, X14 markalı yük avtomobili; 10LD299 nömrə nişanlı, 1997 buraxılış ili, qara rəngli, Mercedes 320 markalı minik avtomobili; 99MK299 nömrə nişanlı 2009 buraxılış ili, ağ rəngli, ban nömrəsi WF0XXXBDFX9P46121, Ford Transit markalı yük avtomobili;. 90RO299 nömrə nişanlı, 2008 buraxılış ili, Şassi nömrəsi KMCGK17FP8C079935, ağ rəngli, Hyundai HD65 markalı yük avtomobili; 99UX299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WDF**********4785, qara metallik rəngli, X16 115 CDİ markalı yük avtomobili; 90CY299 nömrə nişanlı, 2011 buraxılış ili, ban nömrəsi WF0FXXTTFFBK61200, ağ rəngli, Ford Transit yük markalı yük avtomobili; 10BY299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WDB9061531N411764, ağ rəngli, X14 yük markalı yük avtomobili; 99TV299 nömrə nişanlı,2010 buraxılış ili, ban nömrəsi W0L0AHL**********, qara metallik rəngli Opel Astra minik markalı yük avtomobili; 99TP299 nömrə nişanlı, 2013 buraxılış ili, ban nömrəsi KMFGA17CPDC219944, ağ rəngli, Hyundai HD65 yük markalı yük avtomobili; 99CY299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WF0FXXTTFF8D68970, ağ rəngli Ford Transit markalı yük avtomobili; 90TY299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WF0FXXTTFF8G56201, ağ rəngli, Ford Transit markalı yük avtomobilinin özgəninkiləşdirilməsi cavabdeh Borclu qadağan edilməlidir (məlum icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır). -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2292/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədinə əsasən Borclu Tofıq oğlundan 100000 manat məbləğində pul vəsait, və 390 manat dövlət rüsumu X2 xeyrinə ödənilməlidir, (məlum icra sənəd. xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır). - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-461/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu142000 manat (bir yüz qırx iki min manat) əsas borc və 432 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq iddiaçı X7 ödənilməlidir (məlum icra sənəd. xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır). Məhkəmə hesab edir ki, qeyd olunan icra sənədləri üzrə tələblər qanunvericilikdə göstərilmiş ilkin olaraq təmin edilməli olan (m. 75.2 - 75.5) tələblər kateqoriyasına (alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər, əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər, dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər) aid olmadığından, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.6-cı maddəsində nəzərdə tutulmuş icra sənədlərinin icra edilmə ardıcıllığına görə 5-ci növbəli tələblərə aid olduğundan həmin tələblərin təmin edilməsi icra sənədlərinin daxil olma ardıcıllığına müvafiq olaraq həyata keçirilməlidir. Qanunun tələblərindən göründüyü kimi, icra sənədləri üzrə eyni borclunun bir neçə tələbkarı varsa onların tələblərinin təmin edilmə ardıcıllığını qanun müəyyən edir. Göründüyü kimi, qanunvericilik tərəfindən hazırkı mübahisə ilə bağlı konkret norma müəyyənləşdirilmişdir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı şikayətin dəlillərinin araşdırılması məqsədilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 174089/2024-15-2-001 saylı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə e212091/2024-15-2-002 saylı, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən e262767/2024-15-18-004 saylı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2292/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədi üzrə e373549/2024-15-2-004 saylı və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-461/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə e60444/2025-15-2-004 saylı icra işi materialları məhkəməyə təqdim olunmuşdur. İcra işi materialları ilə müəyyən olunur ki, Borclu olduğu 4 icra sənədi hazırda Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatındadır: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi 27 may 2024-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi 17 iyul 2024-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. -Bakı Kommersiya Məhkəməsinin e-16(113)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2292/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-461/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. Göründüyü kimi, ilkin olaraq – 27 may 2024-cü il tarixdə hazırki iş üzrə ərizəçi X3 Borclu qarşı olan tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra şöbəsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, Borclu olduğu icra sənədləri üzrə tələblər birinci - dördüncü növbədə təmin edilməli olan tələblər kateqoriyasına aid olmadığından icra sənədlərinin icra edilməsi növbəliliyi onların daxil olma ardıcıllığına müvafiq olaraq həyata keçirilməli, ilkin olaraq icra şöbəsinə daha əvvəl daxil olmuş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X3 tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Beləliklə məhkəmə, şikayəti və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli 174089/2024-15-2 saylı cavab məktubu üzrə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətləri qanunsuz hesab edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu üzərinə həbs qoyulmuş əmlaklarının hərracda satışından əldə edilən vəsait ilə ilkin olaraq X3 tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli 174089/2024-15-2 saylı cavab məktubu üzrə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu üzərinə həbs qoyulmuş əmlakların hərracda satışından əldə edilən vəsait ilə ilkin olaraq X3 tələbi təmin edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar