Məhkəmə qərarları › İş №8(005)-267/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-267/2022

13.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-267/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinin “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən əmək icra məmurunun ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanova məhkəməyə ərizə ilə müraciət edərək, “Royal Sons" MMC ilə X1 arasında xx.xx.2017-cı il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən “Royal Sons" MMC ilə X1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verilməlidir. Bu qətnamə müqaviləyə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması üçün əsasdır. İcra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, cavabdeh “Royal Sons" MMC heç bir ünvanda fəaliyyət göstərmədiyindən icra sənədi icra olunmamışdır. Daha sonra icra sənədi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə icra olunması üçün göndərilsə də, Xidmət tərəfindən üzərlərinə öhdəlik qoyulmadığı, cavabdeh qismində göstərilmədiyi bildirilərək qətnamənin izahı ilə bağlı məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Tərəflər ərizəyə baxılması barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında üzürlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir: Belə ki, ərizəyə əlavə edilmiş icra vərəqəsindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyi qoyulmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti bu səbəbdən və mülki işüzrə tərəf olmadıqlarını göstərək icra sənədini icra etməkdən imtina etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, qətnaməyə “Royal Sons" MMC ilə X1 arasında xx.xx.2017-cı il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə izah verilməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsinin ikinci abzasına aşağıdakı məzmunda izah verilsin: Qətnamənin nəticə hissəsinin ikinci abzası “Royal Sons" MMC ilə X1 arasında xx.xx.2017-cı il tarixdə bağlanmış müddətli əmək xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin” kimi başa düşülsün. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar