Məhkəmə qərarları › İş №8(005)-27/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-27/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-27/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tələbkar X6, Tələbkar X7, onun vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin icraata xitam verilməsi haqqında qərarından X11 Yuryevna tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X16 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” qərarını ləğv edəsiniz və icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədini Nərimanov rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.5-ci maddəsinin tələbləri qaydasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X16 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarı ilə Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4241/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İcra məmuru öz qərarını belə əsaslandırmışdır ki, “Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədində qeyd olunan tələb üzrə yəni “mənzilin verilməsi məsələsinə baxılması” borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul olunmaqla, mənzilin verilməsi məsələsinə baxıldığından icra sənədi üzrə icraata xitam verilməlidir”. Hesab edir ki, həmin qərar faktiki və hüquqi baxımdan əsassızdır, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi havələ edilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “mərhum A.Smolyaninovanın ailə tərkibi müvafiq rayon İcra Hakimiyyəti orqanı tərəfindən bir nəfər (özü) təsdiqləndiyi üçün ailənin mənzil şəraiti ilə təmin edilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən rədd edilmişdir. A.Smolyaninovanın ailəsinə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyinə görə müvafiq sərəncamın və ailə tərkibinin yenidən baxılması üçün yaşayış yeri üzrə İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə edilsin”. Hesab edir ki, xx.xx.2019-cu il tarixli icra sənədinin “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin xx.xx.2023-cü iltarixli qərarı ilə icra edilmiş hesab etmək qanunsuz və əsassızdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin çıxarılmasının əsas məqsədi mənzil növbəsində olan şəxsin və ya onun vərəsələrinin mənzil ehtiyaclarının qarşılanmasından ibarət olmuşdur. Hazırki vəziyyətdə isə həmin ehtiyac qarşılanmamış və adıçəkilən şəxlərə heç bir mənzil verilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırki icra sənədi isə tam icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Yuxarıda qeyd olunları nəzərə alaraq hesab edirik ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakışəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X16 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” qərarı tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında işirak edən X8 Yuryevna və X12 ərizəni müdafiə etdiklərini bildirmişdirlər. O.Smolyaninova öz izahatında qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli Qətnaməsi qanuni qüvvəyə minsə də, 5 ildir ki icra edilmir. Nərimanov Rayon İcra və Probasiya şöbəsində ona bildirmişlər ki, əgər məhkəmə qərarında konkret olaraq tələbkarlara mənzil verilməsi öhdəliyinin ”Gözdən Əlillər cəmiyyəti”nin üzərinə qoyulması barədə göstəriş olmasa, icra işinə yenidən üç ay ərzində xitam veriləcəkdir. Mərhum anaları X5 12 yanvar 2017-ci il tarixdə birinci qrup əlil olmuşdur. O, 09 sentyabr 1988-ci il tarixdən vəfat etdiyi günə qədər mənzil növbəsində olmuşdur. 1980-ci ildən əmək veteranı olan anaları “Vicdanlı əməkçi” medalı ilə təltif edilmiş, 02 fevral 2017-ci il tarixdə “Gözdən Əlillər Cəmiyyəti”nin üzvü olmuşdur. Yalnız analarında məhkəmə qərarı olmuş, buna baxmayaraq, ondan başqa digər gözdən əlillər mənzillə təmin edildiyi halda anaları 91 yaşında vəfat edənə qədər mənzillə təmin edilməmişdir. Analarının yaşadığı mənzil yaşayış üçün uyğun olmamışdır. Bunu Lenin rayonunun № 33/22 saylı, 25 sentyabr 1987-ci il tarixli Qərarı və AR FHN-nin 16 iyun 2017-ci il tarixli aktla təsdiqlənmişdir. Tələbkarların yaşadığı ev 1898-ci ildə, 126 il əvvəl inşa edilmişdir, orada yaşamaq təhlüklədir. "xxxx" MMC tərəfindən 19 birotaqlı ev “Əlillər Cəmiyyəti”nə verilmişdir. Tələbkarların 68 və 66 yaşı var, yaşa və sağlamlıq vəziyyətinə görə əlildirlər, nə vaxta qədər bu şəraitdə yaşayacaqlar. Əlillər haqqında qanunvericiliyə əsasən mərhum anaları birinci qrup əlil olaraq növbədənkənar mənzillə təmin olunmaq hüququ olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin 12 avqust 2022-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, X2 adına əmlak olmamışdır. İzahatlarının qərardadda əks edilməsini xahiş edir. Məhkəmə iclasında işirak edən tələbkar X7 vəkili Vəkil ərizəni müdafiə etdiyini bildirmişdir. İcra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X3 ünvan 2 ünvanında inşa edilən yaşayış binasında 1-ci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılması cavabdeh “X15 Cəmiyyəti” İctimai Birliyinə həvalə edilməsi qət edilmişdir. İddiaçı X2 vərəsələri X9 və X12 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişlər. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan xx.xx.2024-cü il tarixdə iddiaçı X2 vərəsəsi olan X7 vəkili X14 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixdə verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı X2 vərəsəsi olan X7 vəkili X4 Rayon Məhkəməsinin 2(005)- 4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadından təkrar şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və 2(005)-4241/2023 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2778/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X2 vərəsəsi X7 vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı X2 vərəsəsi X7 vəkili X14 tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı X2 vərəsəsi X7 vəkili X14 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət, 2(005)-4241/2019 saylı işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4240/2024 saylı, xx.xx.2024-cü il tarixli iddiaçı X2 vərəsəsi X7 nümayəndəsi vəkil X14 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X12 və X6 cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(0050-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 20.1.3 və 31-ci maddələrinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədi üzrə icraata xitam verilməsi yalnız qanunvericiliklə sadalanmış hallarda mümkündür. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X12 və X6 cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(0050-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi qət edilmişdir. Bu əsasla da tələbkarların icra məmurunun 27 noyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” qərarının ləğv edilməsi barədə şikayət ərizəsi əsaslıdır. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X13 Bakı Şəhəri Nərimanov Rayonu Məhkəməsinin 2(005)- 4241/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilsin və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X13 Bakı Şəhəri Nərimanov Rayonu Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 27 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar