Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-273/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2020 nömrəli, 17.08.2021ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X4 məxsus, “Hyundai Coupe” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadə tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2597/2020 nömrəli, 17.08.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X4 məxsus, “Hyundai Coupe” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-2597/2020 nömrəli, 17.08.2020-cı il il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X4 məxsus «Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 8(005)- 344/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilərək borclu X4 məxsus «Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 mülkiyyətində olan “Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2020 saylı, 17.08.2020-ci il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 289,57 manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyirinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 28.09.2020-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə bildiriş göndərilmişdir. İcra məmuru qeyd olunan icra sənədinə “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verildiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 8(005)-344/2021 nömrəli qərardadı ilə borclu X4 məxsus “Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclunun, tələbkarın və icra şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tələbkar MMC-nin borclu X4 qarşı borc tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2020 saylı, 17.08.2020-ci il tarixli icra sənədindən görünür ki, X6 oğlundan cəmi 289,57 manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyirinə ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 8(005)-344/2021 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2020 nömrəli, 17.08.2020-cı il il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X4 məxsus «Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Tələbkar MMC-nin Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlandığı 08.04.2022-ci il tarixli məktubunun surətindən görünür ki, borclu X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2020 nömrəli, 17.08.2020-cı il il tarixli qərarına əsasən Tələbkar MMC-nə olan borcu 08.04.2022-ci il tarixdə tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məcburi icra tədbiri olaraq borclu X4 məxsus «Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tələbkar MMC-nin borclu X4 qarşı borc tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2020 saylı, 17.08.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 8(005)-344/2021 nömrəli qərardadı ilə, borclu X4 məxsus «Hyundai Coupe» minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardaddan onun rəsmi verildiyi tarixdən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-273/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-273/2022
13.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver