Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-273/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6962/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə "xxxx" MMC-nin şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6962/2018 saylı xx.xx.2018-ci il tarixli əmrin icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixində qərar qəbul edilmişdir. Adı çəkilən qərarda borclunun əmlakının tapılmamasına istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Qərar qanunsuz və əsassızdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman “İcra haqqında” Qanunun yuxarıda qeyd edilən maddənin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Borclunun banklarda vəsaitin olub-olmaması barədə Mərkəzi Banka sorğular göndərməmiş və bu barədə heç bir sənəd qərara əlavə edilməmişdir. DƏDRX-ə sorğu verilməmişdir. Qərarda ünvana baxış keçirib həmin ünvanda olmadığı qeyd edilmişdir. Lakin qanunun tələb etdiyi bütün tədbirləri görülməmiş, adicə akt belə tərtib edilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə icra məmuru sadəcə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etməklə kifayətlənmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman “İcra haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, borclu şəxsin əmlakı və ya rəsmiləşdirilməmiş biznesi, ticarətlə məşğul olması faktlarını müəyyən edilməsi ilə bağlı hər hansı hüquqi hərəkət etməli olduğu halda etməmiş və sadəcə işə xitam qərarı verməklə kifayətlənmişdir. “İcra haqqında” Qanunun 2.1.maddəsində deyilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhəmə iclasına gəlməmişdir. Lakin tələbkarın nümayəndəsi məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X1 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şikayətə əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması” barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6962/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru icra işi üzrə xx.xx.2025-ci il tarixli qərar qəbul etməsinin səbəbi kimi borclunun əmlakının tapılmamasını göstərmişdir. İcra sənədinin icra edilmədən qaytarılması barədə icra məmurunun qərarı qanunsuz olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icrası mümkün olmayan icra sənədinin qaytarılmasına əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görməmiş, həmçinin icra sənədinin qaytarılması barədə qərar formal əsaslandırılmış, bununla da icra qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən haqlı şikayətinə səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6962/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6962/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №8(005)-273/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-273/2025
17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver