Məhkəmə qərarları › İş №8(005)-278/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-278/2022

05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-278/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2022 nömrəli, 15.02 2021-ci il tarixli, 2(005)-5171/2021 saylı, 24.12.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu X2 oglunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elgiz Qəmbərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2022 nömrəli, 15.02 2021-ci il tarixli, 2(005)-5171/2021 saylı, 24.12.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elgiz Qəmbərov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2021 nömrəli, 15.02.2021 -ci il tarixli icra sənədinə əsasən Borclu Tofiq oğlundan 6100 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5171/2021 saylı, 24.12.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 8500 (səkkiz min beş yüz) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 102,90 manat dövlət rüsumunun əvəzi tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədləri şöbənin icraatına 19.03.2021-ci il və 01 04 2022-ci il tarixlərdə daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Bundan əlavə sözü gedən icraata başlamaq haqqında qərar və bildiriş 01.10 2021 -ci ıl tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Yuxarıda qeyd edilənləri və “İcra haqqında” Azərbyacan Respublikası Qanununun 84-1.1- ci maddəsini rəhbər tutaraq borclu xx.xx.1980-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, İcra sənədi 19.03.2021-ci il və 01.04.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq borcluya qərar və bildiriş rəsmi qaydada təqdim edilmiş, həmçinin bu barədə məhkəməyə və tələbkara məlumat verilmişdir. Lakin, Borclu oglu könüllü icra üçün təyin edilmiş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2022 nömrəli, 15.02 2021-ci il tarixli, 2(005)-5171/2021 saylı, 24.12.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, H.Məmmədov küç.ev 9 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar