Məhkəmə qərarları › İş №8(005)-279/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-279/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-279/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Bakı Apelyasiya Məhkəməsinin 2-(103)-10066/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2-(103)-10066/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2-(103)- 10066/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "Rolls -Roys Ghot" markalı 10-00-038 dövlət nömrə nişanlı avtomobilə dair cavabdeh Borclu Nazilm oğlu ilə X3 arasında bağlanmış 08 iyul 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-sətqı müqaviləsi etibarsız hesab edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. İcra tədbirləri zamanı icra sənədi üzrə Tələbkar elektron poçt vasitəsilə icra şöbəsinə müraciəti daxil olmuşdur. Müraciətində müəyyən edilmişdir ki, Aytən X1 Səlim Nazim oğlu və X2 qarşı heç bir tələbi yoxdur, bütün məhkəmələrdə irəli sürdüyü tələblərdən o cümlədən "Rolls - Roys Ghot" markalı 10-00- 038 dövlət nömrə nişanlı avtomobilə dair cavabdeh Borclu ilə X3 arasında bağlanmış 08 iyul 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi tələbindən imtina edir. Məhkəmə təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-ci bəndinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci bəndinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci“ İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinədair qərarına əsasən, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.” Yuxarı qeyd olunan maddi hüquq normasının impertiv tələblərindən göründüyü kimi, tələbkarın tələbdən imtina etdiyi halda, icra orqanı tərəfindən tərtib edilmiş təqdimat baxılması üçün aidiyyəti üzrə icra sənədini vermiş məhkəməyə göndərilməsi müəyyən edilmişdir. Hazırda verilmiş təqdimat üzrə xitam verilməsi nəzərdə tutulan icra hərəkətləri Bakı Apelyasiya Məhkəməsinin icra sənədi əsasında aparılır. Qeyd olunan icra sənədi üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, tələbkar tərəfindən icra orqanına verilmiş imtina məktubu əsasında xitam verilməsi üçün hazırki təqdimat məhkəməyə təqdim edilmişdir. Belə olan halda hazırda irca orqanı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin icra sənədi üzrə icra hərəkətlərinə yuxarıda qeyd olunan əsasla xitam verilməsinə dair təqdimatı Bakı şəhər Nərimanov Məhkəməsinə göndərilməklə hazırki ərizə üzrə səlahiyyətli məhkəməni düzgün müəyyən edilməməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cu maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2-(103)-10066/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.4, 152.1.1, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin 2-(103)-10066/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar