Məhkəmə qərarları › İş №8(005)-279/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-279/2024

19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-279/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4300/2019 saylı, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, 2(005)-2254/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadlarının iş üzrə cavabdeh Maraqlı şəxs MMC üçün müəyyən edilmiş qadağanedici tədbirlərin icrasından yayındıraraq etdiyi hərəkətlərə və qərardadın tələblərinin icrası istiqamətində nümayiş etdirdiyi hərəkətsizliyə hüquqi qiymət verilməsi barədə qərardad, o cümlədən barəsində ciddi tədbirlərin görülməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Daha sonra X1 işsiz olmasını nəzərə alaraq ərizə tərtib edə bilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X1nun ərizəsi təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı İLƏ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddət X1 münasibətdə üzrlü hesab edilərək bərpa edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət, 8(005)-279/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı şikayət qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 saylı iş üzrə 13 iyun 2024-cü il tarixli qərardadı ləğv edilərək iş, X3 şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclunun nümayəndəsi, tələbkar və Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Lakin icra işləri məhkəməyə təqdim edilmişdir. Həmçinin, qadağanın mövcudluğuna baxmayaraq, mərhum atasına məxsus tikilinin alt hissəsində də qazıntı işləri aparılmışdır. Mübahisəli ərazidəki hazırki vəziyyət 2019-cu ildəki vəziyyət ilə eynidir. Məhkəmə ərizəyə borclu, tələbkar və Nərimanov rayon İcra şöbəsinin icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X9 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Azərbaycan Respublikası “İcra haqqında” Qanununun: 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılıizahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.2-ci maddəsinə əsasən, Bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. 87.3-cü maddəsinə əsasən, icra hərəkətinin yerinə yetirilməsi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi) vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. Məhkəmə tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(005)-4300/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icra işləri Nərimanov Rayon İcra şöbəsindən tələb edilərək tədqiq edilmişdir. Beləliklə məhkəməyə təqdim olunmuş icra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən "xxxx" MMC-yə söküntü-qazıntı işlərinin aparılması qadağan olunmuş əraziyə gedərək, çoxsaylı müvafiq aktlar tərtib olunmuşdur. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X10 barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə 24 yanvar 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Maraqlı şəxs MMC-nin rəhbəri X10 AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1438/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Maraqlı şəxs MMC-nin direktoru X6 AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Maraqlı şəxs MMC-nin rəhbəri X6 hərəkətlərində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında i üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-27/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-609/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-6189/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə, Maraqlı şəxs MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin izah edilməsinə dair Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-168/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-3/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilmişdir. Nərimanov rayon İcra şöbəsinin 07 yanvar 2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2254/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən hər hansı hərəkətsizliyə yol verilməmiş, icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkətsizlik etməsinə əsas olmuş hallar öz əksini tapmamışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş lazımi məcburi icra tədbirlərini həyata keçirmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbkarın eyni məzmunlu əvvəllər də şikayəti olmuş, həmin məsələyə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, tələbkar icra məmurunun hərəkətsizliyindən şikayət edərkən hər hansı yeni hala istinad etməmiş, mübahisəli ərazinin tikinti həyata keçirilən hissəsindəki vəziyyətin 2019-cu ildəki vəziyyətlə eyni olduğunu bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara yekun olaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Vüsal Şirinovun hərəkətlərinin qanunsuz sayılması üçün əsaslar mövcud deyil. Bu səbəbdən də məhkəmə qeyd edir ki, X1nun şikayəti təmin edilə bilməz. O cümlədən icra məmuru barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1nun Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun hərəkətlərinin qanunsuz sayılması barədə şikayəti əsassızdır və şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayət təmin edilməsin Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar