Məhkəmə qərarları › İş №8(005)-282/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-282/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-282/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Borclu MMC-nin nümayəndəsi (direktoru) X16, digər nümayəndəsi və vəkili X2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-yə məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-yə məxsus ünvan 1 mənzil 9, ünvan 1 mənzil 22, ünvan 1 mənzil 39, ünvan 1 mənzil 45, ünvan 1 mənzil 66, ünvan 1 mənzil 46, ünvan 1 mənzil 61, ev 5 də yerləşən 20 kv.m qeyri yaşayış sahəsi və ünvan 1 ünvanında ümumi sahəsi 38.7 kv.m olan qeyri-yaşayış sahəsinin (7 saylı qaraj) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6658/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X32 ilə Borclu MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və satışına dair müqavilə ləğv edilməli və Borclu MMC-dən mənzilə görə ödənilmiş 13700 ABŞ dolları ödəniş günü üçün AR MB-nın məzənnəsi ilə manatla, əldən çıxmış fayda kimi 3425 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq tələbkar X17 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən cəmi 18730 manat məbləğində pul alınaraq X8 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu MMC-dən 2000 manat məbləğində mənəvi ziyan tələbkar X18 xeyrinə ödənilməli, xx.xx.2016-cı il tarixdən etibarən Borclu MMC tərəfindən X20 peşə əmək qabiliyyətinin 70 faiz itirilməsinə görə aldığı 400 manat əmək haqqısının 70 faizi miqdarında yəni, 280 manat məbləğində aylıq ödənc verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 70 faizdən fəqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 70 faizə uyğun ödəncin verilməsi davam etdirilməsi, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə həmin faiz 70 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X39 ilə Borclu MMC arasında xx.xx.2013- cü il tarixdə bağlanmış mənzil tikintisi və satışına dair müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının 2-ci giriş 6-cı mərtəbə ümumi sahəsi 59.0 kv.m olan 1 otaqlı mənzilin müqavilədə nəzərdə tutulan şərtlərə uyğun X25 təhvil verilməsi Borclu MMC-nə həvalə edilməli və 10 manat dövlət rüsumu Borclu MMC-dən alınaraq X25 verilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5497/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X12 ilə Borclu MMC arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Borclu MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyli küçəsi 5 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 35 kv.m olan 2 ədəd avtomobil dayanacağı sahəsinin tələbkar X5 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqırda qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X40 ilə Borclu MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab ediməsi, tələbkar X40 ilə Borclu MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə ödənilmiş 127100 manat məbləğində pul, 182900 manat məbləğində zərər, cəmi 310000 manat məbləğində pul Borclu MMC-dən tutularaq iddiaçı X26 ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə Borclu MMC-dən 50000 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 15173,61 manat, ümumilikdə 65173,61 manat, vurulmuş mənəvi zərərə görə 1000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkar X9 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 42612 manat məbləğində pul X23, 24919 manat isə X10 xeyrinə ödənilməli, əlavə olaraq Borclu MMC-dən 30 manat dövlət rüsumu tulularaq X23 və X10 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X21 Borclu MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, 44995,6 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Borclu MMC-dən tutularaq tələbkar X27 ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 1114/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X22 ilə Borclu MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, Mənzil Tikintisinə və Satışına dair müqavilə ləğv edilməli və Borclu MMC-dən 18730 manat məbləğində pul tələbkar X8 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Nikoyl İKB ilə borclu X50 MMC arasında xx.xx.2012-ci il tarixli, 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 3894346,05 manat məbləğində pulun cavabdeh “X50” MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, Nikoyl İKB ilə Borclu arasında xx.xx.2012-ci il tarixli 6-BlZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 817241,78 manat məbləğində pulun cavabdeh Borclu MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi "xxxx" MMC ilə Nikoyl İKB arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 6-BİZ-İ-0-43-12(i) və 6-BİZ- İ-0-44- 12(1) saylı sonrakı ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş Neftçala rayonu, Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3 ha torpaq sahəsində yerləşən 3602.1 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 6-BİZ-i-0-0-43-12(G) və 6-BİZ-1-0-43-12(G) saylı girov müqaviləsinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı yükləyiciyə yönəldilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 4 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər X11 ilə Borclu MMC arasında xx.xx.2015-ci il tarixli, 265 a saylı müqavilə və ünvan 4 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzilə dair hissədə X41 ilə Borclu MMC arasında xx.xx.2015-ci il tarixli, 264 saylı müqavilə etibarsız hesab edilməsi, əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 4 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər X33 ilə Borclu MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. İcra sənədləri xx.xx.2023-cü ildə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. Lakin buna baxmayaraq, Borclu MMC tərəfindən icra sənədində göstərilən tələb könüllü müddət ərzində icra edilməmişdir. Belə olan halda məcburi icra hərəkətləri həyata keçirilərək, Borclu MMC-yə məxsus ünvan 1 mənzil 9, ünvan 1 mənzil 22, ünvan 1 mənzil 39, ünvan 1 mənzil 45, ünvan 1 mənzil 66, ünvan 1 mənzil 46, ünvan 1 mənzil 61, ev 5 də yerləşən 20 kv.m qeyri yaşayış sahəsi və ünvan 1 ünvanında ümumi sahəsi 38.7 kv.m olan qeyri-yaşayış sahəsinin (7 saylı qaraj) olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Borclu MMC-nin nümayəndəsi (direktoru) X34, digər nümayəndəsi və vəkili X4 bildirdilər ki, təqdimatda qeyd edilmiş mənzillər başqa şəxslərə satılmış və onların üzərinə həbsin qoyulması həmin şəxslərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Göstərilənləri nəzərə alaraq, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkarlar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin normalarına uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, X32 ilə Borclu MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli Mənzilin Tikintisinə və Satışına dair müqavilənin ləğv edilməsi və Borclu MMC-dən mənzilə görə ödənilmiş 13700 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, əldən çıxmış fayda kimi 3425 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq tələbkar X17 xeyrinə ödənilməsi qət edilmişdir; Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı X22 ilə cavabdeh Borclu MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli Mənzilin Tikintisinə və Satışına dair müqaviləsinin ləğv edilməsi, Borclu MMC-dən 17000 manat məbləğində pul, 1700 manat məbləğində bank uçot fair dərəcəsi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 18730 manat məbləğində pulun alınaraq X8 xeyrinə ödənilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Borclu MMC-dən 2000 manat məbləğində mənəvi ziyanın tələbkar X18 xeyrinə ödənilməsi, xx.xx.2016-cı il tarixdən etibarən Borclu MMC tərəfindən X20 peşə əmək qabiliyyətinin 70 faiz itirilməsinə görə aldığı 400 manat əmək haqqısının 70 faizi miqdarında yəni, 280 manat məbləğində aylıq ödəncin verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 70 faizdən fəqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 70 faizə uyğun ödəncin verilməsinin davam etdirilməsi, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə həmin faiz 70 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödəncin həmin faizə uyğun verilməsi qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X39 ilə Borclu MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış Mənzil Tikintisinə və Satışına dair müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının 2-ci giriş 6-cı mərtəbə ümumi sahəsi 59 kv.m olan 1 otaqlı mənzilin müqavilədə nəzərdə tutulan şərtlərə uyğun X25 təhvil verilməsi Borclu MMC-nə həvalə edilməsi və 10 manat dövlət rüsumu Borclu MMC-dən alınaraq X25 verilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X12 ilə Borclu MMC arasında xx.xx.2011-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Borclu MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyli küçəsi 5 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 35 kv.m olan 2 ədəd avtomobil dayanacağı sahəsinin tələbkar X5 təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, tələbkar X40 ilə Borclu MMC arasında Mənzil Tikintisinə və Satışına dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab ediməsi, tələbkar X40 ilə Borclu MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə ödənilmiş 127100 manat məbləğində pulun, 182900 manat məbləğində zərərin, cəmi 310000 manat məbləğində pulun Borclu MMC-dən tutularaq iddiaçı X26 ödənilməsi qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə Borclu MMC-dən 50000 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 15173,61 manat, ümumilikdə 65173,61 manat, vurulmuş mənəvi zərərə görə 1000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkar X9 xeyrinə tutulması qət edilmişdir;. Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, 40264,10 manat əsas borc, 2348,70 manat faiz borcu, cəmi 42612,80 manat məbləğində pul vəsaitinin Borclu MMC-dən tutularaq X23 xeyrinə verilməsi, 23545,90 manat əsas borc, 1373,50 manat faiz borcu, cəmi 24919,40 manat məbləğində pul vəsaitinin Borclu MMC-dən tutularaq X10 xeyrinə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun Borclu MMC-dən tutularaq iddiaçılar X28 və X13 verilməsi qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, tələbkar X21 Borclu MMC-yə qarşı pul və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, 44995,6 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu MMC-dən tutularaq tələbkar X27 ödənilməsi qət edilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Nikoyl İKB ilə borclu “X50” MMC arasında xx.xx.2012-ci il tarixli, 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 3894346,05 manat məbləğində pulun cavabdeh “X50” MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, Nikoyl İKB ilə Borclu arasında xx.xx.2012-ci il tarixli 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 817241,78 manat məbləğində pulun cavabdeh Borclu MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi "xxxx" MMC ilə Nikoyl İKB arasında bağlanmış xx.xx.2012ci il tarixli 6-BİZ-İ-0-43-12(İ) və 6-BİZ-İ-0-44-12(İ) saylı sonrakı ipoteka müqavilələrirə əsasən ipoteka qoyulmuş Neftçala rayonu, Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602.1 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 6-BlZ-l-0-0-43-12(G) və 6-BİZ-1-0-43-12(G) saylı girov müqaviləsinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı yükləyiciyə yönəldilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər X11 ilə Borclu MMC arasında xx.xx.2015-ci il tarixli, 265 a saylı müqavilə və ünvan 4 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzilə dair hissədə X41 ilə Borclu MMC arasında xx.xx.2015-ci il tarixli, 264 saylı müqavilə etibarsız hesab edilməsi, əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 4 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər X33 ilə Borclu MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi şahəsi 106 kv.m olan mənzil cavabdeh X33 tərəfindən və ünvan 5 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil X41 tərəfindən boşaldılaraq iddiaçı X45 təhvil verilməsi cavabdeh Borclu MMC-dən maddi ziyana görə 31500 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pul iddiaçı X42 xeyrinə tutulması qət edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X35 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1ci girişində 3-cü mərtəbəsində 3 otaqlı, 4 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 9) satışına dair müqavilə bağlanmışdır; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X19 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1ci girişində 6-cı mərtəbəsində 2 otaqlı, 17 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 22) satışına dair müqavilə bağlanmışdır; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X24 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1ci girişində 9-cu mərtəbəsində 3 otaqlı, 34 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 39) satışına dair müqavilə bağlanmışdır; Yaşayış sahəsinin addan-ada alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X29 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 10-cu mərtəbəsində 4 otaqlı, 40 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 45) satışına dair müqavilə bağlanmışdır; Mənzilin addan-ada alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X43 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1ci girişində 15-ci mərtəbəsində 2 otaqlı, 61 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 66) satışına dair müqavilə bağlanmışdır; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X30 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1ci girişində 11-ci mərtəbəsində 2 otaqlı, 41 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 46) satışına dair müqavilə bağlanmışdır; Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2008-ci il tarixli, 174 saylı Sərəncamının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 14-cü mərtəbəsində 2 otaqlı, 56 saylı mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 61) X6 verilməsi qərara alınmışdır; xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Borclu MMC ilə X14 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının zirzəmisində yerləşən 7 saylı avtomobil dayanacağının (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 66) satışına dair müqavilə bağlanmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-841, ev 5, zirzəmi mərtəbəsi, 7 saylı qaraj xx.xx.2022-ci il tarixdə Borclu MMC-nin adına qeydiyyata alınmışdır; Borclu MMC-nin təsisçilərinin Yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-841, ev 5, zirzəmi mərtəbəsi, 7 saylı qarajı X1 qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” Borclu MMC Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 841, ev 5, 16 saylı qarajı “alıcı” X3. Məhkəmə hesab edir ki, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1 və 45.2-ci maddələrinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Adıçəkilən Qanunun 45.3 və 45.6-cı maddələrinə uyğun olaraq, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən isə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, müxtəlif məhkəmə icra sənədlərinin icrasının təmin etmək məqsədi ilə təqdimatda qeyd edilmiş daşınmaz əmlakların Borclu MMC-nin mülkiyyətində olmasını ehtimalında olan icraçı həmin daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin sözügedən daşınmaz əmlaklar müqavilələr əsasında digər şəxslərə satılmışdır. Lakin borclu ilə daşınmaz əmlakları əldə edən şəxslər arasında müqavilə məhkəmənin həmin mənzillərə dair icra vərəqələri çıxarılmamışdan əvvəl bağlanmışdır. Borclu MMC göstərilən daşınmaz əmlaklara dair müxtəlif fiziki şəxslərlə müqavilələr bağlayaraq mənzilləri tikib həmin şəxslərə verməyi öhdəsinə götürmüşdür. Yəni MMC-nin fəaliyyəti inşaat işlərini həyata keçirməkdən ibarət olmuş, daşınmaz əmlakların inşası fiziki şəxslərin maliyyə vəsaiti hesabına həyata keçirilmişdir. Mənzillər xüsusi hüquq əsasında Borclu MMC-nin adına qeydə alınsa da, qeydə alınmada məqsəd ondan ibarət olmuşdur ki, daşınmaz əmlakların inşası başa çatdıqdan sonra MMC ilə fiziki şəxlərin arasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olsun. Mənzillərin üzərinə həbs qoyulması və daşınmaz əmlakların satılması yolu ilə tələbin daşınmaz əmlaklara yönəldilməsi həmin fiziki şəxslərin qanuni maraqlarının pozulması ilə nəticələnəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, işin həqiqi halları nəzərə alınmaqla belə vəziyyətdə təqdimatın təmin edilməsi “İcra haqqında” Qanunun 43, 45 və 50-ci maddələrin mənasına uyğun deyildir və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-yə məxsus ünvan 1 mənzil 9, ünvan 1 mənzil 22, ünvan 1 mənzil 39, ünvan 1 mənzil 45, ünvan 1 mənzil 66, ünvan 1 mənzil 46, ünvan 1 mənzil 61, ev 5 də yerləşən 20 kv.m qeyri yaşayış sahəsi və ünvan 1 ünvanında ümumi sahəsi 38.7 kv.m olan qeyri-yaşayış sahəsinin (7 saylı qaraj) üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar