Məhkəmə qərarları › İş №8(005)-286/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-286/2023

06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-286/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4670/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 38 saylı Notariat Kontorunun 8İ-9145 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-10068 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə təqdimatla müraciət edərək, borclu X2 icra şöbəsinə polis orqanı vasitəsilə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4670/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 775 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 8İ-9145 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 378,68 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 8İ-9145 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 378,68 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4670/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Borclu 704,6 manat ödənilməmiş hissə, 70,4 manat cərimə, ümumilikdə 775 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Tələbkar1 MMC-nin xeyrinə tutulmalıdır; Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 xx.xx.2022-ci il tarixində apardığı icra qeydindən görünür ki, Tələbkar2 ASC-nin xeyrinə Bakı Nərimanov rayonu, Atatürk prospekti, 37, 131 ünvanında qeydiyyatda olan Borclu MPZK4591456A299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 481 manat 60 qəpik pulun və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 506 manat 60 qəpik pulun tutulması qeyd edilmişdir; Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X5 xx.xx.2022-ci il tarixində apardığı icra qeydindən görünür ki, Tələbkar2 ASC-nin xeyrinə Bakı Nərimanov rayonu, Atatürk prospekti, 37, 131 ünvanında qeydiyyatda olan Borclu (AZE 13567490, xx.xx.2013-Asan 1-1, FİN: xxxxxxx; d/t: xx.xx.1988) MPZK4591456A299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 378 manat 68 qəpik pulun və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 403 manat 68 qəpik pulun tutulması qeyd edilmişdir; Bakı şəhəri Nərimanov rayonu icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4670/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Nərimanov rayonu icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri 38 saylı Notariat Kontorunun 8İ-9145 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Nərimanov rayonu icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-10068 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Borclu icra sənədi icra edilmədiyi təqdirdə məcburi gətirilməsi və bu haqda təqdimatla məhkəməyə müraciət olunması barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, icra sənədlərinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4670/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 38 saylı Notariat Kontorunun 8İ-9145 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-10068 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4670/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 38 saylı Notariat Kontorunun 8İ-9145 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-10068 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar