Məhkəmə qərarları › İş №8(005)-290/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-290/2022

05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-290/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli, 2(005)-5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli və 2(005)- 5423/2015 nömrəli, 07.09.2015-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 293.15 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 1034.56 ABŞ doları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5423/2015 nömrəli. 07.09.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu 734.56 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaqları olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5423/2015 nömrəli. 07.09.2015-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə tələbin Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaqların üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu Tələbkar1 xeyrinə 293.15 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5423/2015 nömrəli, 07.09.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu Tələbkar2 ASC-nin xeyrinə 734.56 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu Tələbkar2 ASC-nin xeyrinə 1034.56 ABŞ doları məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulması qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 14.08.2018-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bütün bunlara baxmayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli icra sənədini icra etməmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 05.11.2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bütün bunlara baxmayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli icra sənədini icra etməmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 23.09.2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bütün bunlara baxmayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5423/2015 nömrəli, 07.09.2015-ci il tarixli icra sənədini icra etməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğudan görünür ki, Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Məhkəmə icra sənədinə əsasən ödəniləcək məbləği nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli, 2(005)-5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli və 2(005)-5423/2015 nömrəli, 07.09.2015-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.1, 45.6-cı maddələrini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, 02.08.2018-ci il tarixli, 2(005)-5776/2015 nömrəli, 23.09.2015-ci il tarixli və 2(005)- 5423/2015 nömrəli, 07.09.2015-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar