Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-290/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4703/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4703/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, Borclu tərəfindən borc məbləği tam ödənildiyindən onun məcburi gətirilməsi barədə icra məmurunun təqdimatının geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Tələbkar "xxxx" MMC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, cavabdehin müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin, icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin : -13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi təqdimatın baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən, digər tərəflər isə məhkəmə iclasında iştirak etməməklə - işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən və iş hazırda məhkəmə baxışı mərhələsində olduğundan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, təqdimat baxılmamış saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4703/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı baxılmamış saxlanılmalı, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4703/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı baxılmamış saxlanılsın. Təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-290/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-290/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver