Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-297/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından tələbkar "xxxx" MMC tərəfindən dair şikayətinə verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5466/2018 nömrəli,xx.xx.2018-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət ərizəsi verərək, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin 2(005)- 5466/2018 saylı xx.xx.2018-ci il tarixli əmrin icrası ilə bağlı icra sənədin qaytarılması barədə qərar qəbul edilmişdir. Adı çəkilən qərarda borclunun əmlakının tapılmamasma istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Hesab edilir ki, qərar qanunsuz və əsassızdır. Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun maddənin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Borclunun banklarda vəsaitin olub-olmaması barədə Mərkəzi Banka sorğular göndərməmiş və bu barədə heç bir sənəd qərara əlavə edilməmişdir. DƏDRX-i sorğu verilməmişdir. Qərarda ünvana baxış keçirib həmin ünvanda olmadığı qeyd edilmişdir. Lakin qanunun tələb etdiyi bütün tədbirləri görülməmiş, adicə Akt belə tərtib edilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə icra məmuru sadəcə "icra sənədinin qaytarılması haqqında" qərar qəbul etməklə kifayətlənmişdir. Tələbkara, borlcuya, icra məmurunun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il icra sənədinin qaytarılması haqqqında qərara əsasən,Borclu 2316,31 manat və 20 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclu icra sənədində yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə xx.xx.2025-cü il tarixdə akt tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilərkən tələbkar tərəfin nümayəndəsinin iştirakı təmin edildiyi və müvafiq akt tələbkarın iştirakı olmadan tərtib edildiyi, həmçinin banklara sorğuların verilməsi barədə məlumatlar yoxdur. İcra məmuruna məhkəmə iclası barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iclasda iştirak etməmiş, tələbkarın göstərdiyi dəlilləri təkzib edən sübutlar təqdim etməmişdir. Eyni zamanda, “AZEMİS” elektron m\hkəmə informasiya sistemindən çıxarışdan görünür ki Borclu "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyir, əmək haqqı 736 manat təşkil edir. “İcra Haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir.[70] “İcra Haqqında” AR Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. “İcra Haqqında” AR Qanunun 38.3-cü maddəsinə əsasən icraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər. Hal şahidlərinin sayı ikidən az ola bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. İcra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov rayon İcra Şöbəsinin Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-297/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-297/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver