Məhkəmə qərarları › İş №8(005)-299/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-299/2023

01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-299/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, X4 Cümşüd oğlunun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 9335/2021 nömrəli icra sənədinin icra edilməsinə möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Cümşüd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin icra sənədinin icrasına altı ay müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməyi və həmin mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X1 cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğluna məxsus Bakı şəhəri, Nəimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9335/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən onun nümayəndəsi və vəkili X3 prosessual müddətin bərpası barədə ərizə və ərizəyə əlavə olaraq kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9335/2021 saylı 30 mart 2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9335/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra O, məhkəmənin 30 mart 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və ərizəyə əlavə olaraq kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9335/2021 saylı 07 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9335/2021 saylı 30 mart 2022-ci il tarixli qərardadından cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Daha sonra məhkəmənin 07 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğlu və onun nümayəndəsi və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9335/2021 saylı 09 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğlu və onun nümayəndəsi və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra 07 dekabr 2022-ci il tarixli qərardaddan cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğlu kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və ərizəyə əlavə olaraq kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9335/2021 saylı 10 may 2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9335/2021 saylı 07 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9335/2021 saylı xx.xx.2023cü il tarixli qərardadı cavabdeh Nəcəfov Nəcəf Cümşüd oğlundan 500 (beş yüz) manat məbləğ dövlət büdcəsi xeyrinə tutulması qərara alınmışdır. Ərizəçi hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2210/2021 saylı qətnaməsi xx.xx.2022-ci il tarixində icra olunduğu halda məhkəmə tərəfindən onun barəsində əsassız olaraq 500 manat cərimənin tutulması barədə qərar qəbul edilmişdir. O, yeganə gəlir yerinin aylıq 350 manat məbləğində olan pensiya olduğunu bu səbəbdən də hal-hazırda həmin pulu ödəməyə imkanı olmadığını nəzərə alaraq hazırkı icra sənədinin icrasına altı ay müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X6 Cümşüd oğlu xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsilə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-9335/2021 nömrəli icra sənədinin icrasına möhlət verlməsi barədə ərizəsinə məhkəmə iclasında baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə, tələbkara və bocluya xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etmımiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-9335/2021 nömrəli icra səndinin icrasına möhlət verilməsi barədə X6 Cümşüd oğlunun ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-9335/2021 nömrəli icra sənədinin icra edilməsinə möhlət verilməsinə dair X6 Cümşüd oğlunun ərizəsi baxılmadan geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar