Məhkəmə qərarları › İş №8(005)-30/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-30/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-30/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə Bakı Apellytasiya Məhkəməsinin 2(103)-766/2024-011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə qeyd olunan icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və icra işinin materiallarından görünür ki, icra Borclu 6028,53 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalı, iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun 48,80 manat hissəsi Borclu dövlət gəlirlərinə tutulmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pulun 80 manatı Borclu, 20 manatı isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün Borclu ünvanına bildiriş məktubu göndərilmişdir. Borclu dəfələrlə borcunu ödəməsinə dair şöbəyə dəvət olunmasına baxmayaraq, borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş,heç bir münasibət bildirilməmişdir. Nəticədə Borclu şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-766/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1990-cı il təvəllüdlü Borclu polis orqanı vasitəsi ilə Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədiilə təqdimat təmin edilməlidir. Bеlə ki, Bakı Apellytasiya Məhkəməsinin 2(103)-766/2024-011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6028,53 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalı, iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun 48,80 manat hissəsi Borclu dövlət gəlirlərinə tutulmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pulun 80 manatı Borclu, 20 manatı isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-766/2024-011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərara əsasən Borclu məcburi qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən,“Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən,“Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsindəməhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur” (maddə 84.3). Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-766/2024-011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, mənzil 38 Montin yaşayış sahəsində qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar