Məhkəmə qərarları › İş №8(005)-301/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-301/2023

12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-301/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “Lexus CT 200H” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10458/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4678,05 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Ghasemian Mahdinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə bildiriş göndərilmişdir. Belə ki, tələbkar Ghasemian Mahdi xx.xx.2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədinə, “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10458/2021- 006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, qətnamə ilə cavabdeh Borclu 4678,4 (dörd min altı yüz yetmiş səkkiz manat dörd qəpik) manat pulun alınaraq iddiaçı Ghasemian Mahdiyə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin icraata başlamaq haqqında qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10458/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10458/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Lexus CT200H minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar Ghasemian Mahdi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixində ünvanlanmış ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10458/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10458/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Lexus CT 200H” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Lexus CT 200H” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar