Məhkəmə qərarları › İş №8(005)-303/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-303/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-303/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4344/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2023 saylı, xx.xx.2023-cü il tarixli və digər icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədi üzrə Borclu məxsus “Chevrolet Lacetti” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 8811.34 manat məbləğində pul vəsaiti və 108 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-8422 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 548 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-8422 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 548 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İcra sənədinə əsasən Borclu 5059.77 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 QSC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4855.32 manat məbləğində pul vəsaiti və 68,55 manat dövlət rüsumu tutularaq Tələbkar3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-102C0 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 121 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 5121.3 manat məbləğində borc və 71.62 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “X1” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus Chevrolet Lacetti minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkarlar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 8811.34 manat məbləğində pul vəsaiti və 108 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-8422 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 548 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-8422 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 548 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 5059.77 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 QSC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 4855.32 manat məbləğində pul vəsaiti və 68,55 manat dövlət rüsumu tutularaq Tələbkar3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-102C0 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 121 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1130/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədindən görünür ki, Borclu 5121.3 manat məbləğində borc və 71.62 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “X1” ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-8424 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-8422 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-10200 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3645/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4344/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1130/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Chevrolet Lacetti” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “Chevrolet Lacetti” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “Chevrolet Lacetti” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4344/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2023 saylı, xx.xx.2023-cü il tarixli və digər icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Chevrolet Lacetti” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar