Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-305/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1962-ci il təvəllüdlü Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1145/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar Borclu icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq Borclu təhvil verilməlidir. Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Borclu 102775 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Qətnamə üzrə 102775 manat pulun Borclu tərəfindən qaytarılması ilə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən Tələbkar çıxarılması və torpaq sahəsinin boşaldılaraq Borclu təhvil verilməsi eyni vaxtda icra edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün Borclu ünvanına bildiriş məktubu göndərilmişdir. Borclu dəfələrlə borcunu ödəməsinə dair şöbəyə dəvət olunmasına baxmayaraq borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, heç bir münasibət bildirilməmiş və aliment borcu yığılmışdır. Nəticədə Borclu şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi X3 icra məmurunun bütün çağırışlarına getdiklərini, təxminən 5-6 dəfə gedib müvafiq izahatları yazdıqlarını, lakin məcburi gətirilmə ilə bağlı onlara heç bir məlumat verilmədiyini bildirmişdir. O həmçinin bildirmişdir ki, X4 ayağı sınmışdır, hazırda müalicə alır. İcra məmuru və tələbkar məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi üçün kifayət qədər əsas olmadığından təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə ilə Tələbkar Borclu icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq Borclu təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Borclunun nümayəndəsi tərəfindən təqdim edilmiş “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6 verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Borclu sol pəncənin 5-ci daraq sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi məcburi gətirilmənin tətbiq edilməsi üçün borclunun ilk öncə icra məmurunun çağırışına və ya icra hərəkətlərinin aparıldığı yerə gəlməkdən boyun qaçırması əsası olmalı, boyun qaçırdığı halda isə icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərarı tərəflərə göndərilməlidir. Belə ki, qanunverici icra məmurunun həmin qərarından borclunun şikayət vermək hüququnu müəyyən etmişdir. Lakin hazırki iş materiallarından görünür ki, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar əlavə edilmiş olsa da, onun borcluya göndərilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin borclunun nümayəndəsinin izahatından və təqdim etdiyi sənədlərdən görünür ki, borcluya xx.xx.2023-cü il tarixində ayağın sınığı diaqnozu qoyulmuş və 4 həftə həkim nəzarəti müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-305/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-305/2023
17.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver