Məhkəmə qərarları › İş №8(005)-306/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-306/2023

19.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-306/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 82c ünvanında yerləşən ümumi sahəsi 205 kv.m olan 18 saylı mənzilinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatına Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 82c ünvanında yerləşən ümumi sahəsi 205 kv.m olan 18 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1240,57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 44.1.3,-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Elektron bazadan əldə etdiyimiz məlumata əsasən, Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 82c ünvanında yerləşən ümumi sahəsi 205 kv.m olan 18 saylı mənzil qeydiyyatdan keçmişdir. İcra məmuru tələbin sözügedən əmlaka yönəldilməsi üçün Borclu adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edərək Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 82c ünvanında yerləşən ümumi sahəsi 205 kv.m olan 18 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon İcra Şöbəsi xx.xx.2023-cü il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə məktubla müraciət edərək bildirmişdir ki, sözügedən icra sənədi üzrə borc məbləği Borclu tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli təqdimatın baxılmadan Nərimanov rayon İcra şöbəsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etmımiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2023 nömrəli, xx.xx.2023~cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 82c ünvanında yerləşən ümumi sahəsi 205 kv.m olan 18 saylı mənzilinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatı baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 82c ünvanında yerləşən ümumi sahəsi 205 kv.m olan 18 saylı mənzilinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatı baxılmamış saxlansın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar