Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-307/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən Tələbkar ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 8(005)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən Tələbkar ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbsin ləğvi ilə bağlı tərtib olunmuş təqdimat baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il tarixli, 100.LN. 1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borc və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumu Borclu Tələbkar ASC-nin xeyrinə tutulmalı, 999,65 (doqquz yüz doxsan doqquz manat 65 qəpik) manat pul vəsaiti, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla ümumilikdə 1040,65 manat "AGbank” ASC-dən Borclu xeyrinə tutulmalı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabında olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın Borclu ödənilməsi hissəsində xitam verilməsi nəzərə alınmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)- 455/2023 saylı. xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən Tələbkar ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarıldığından icra məmuru Borclu tərəfindən Tələbkar ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borc və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumu Borclu Tələbkar ASC-nin xeyrinə tutulmalı, 999,65 (doqquz yüz doxsan doqquz manat 65 qəpik) manat pul vəsaiti, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla ümumilikdə 1040,65 manat "AGbank” ASC-dən Borclu xeyrinə tutulması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixli, 100.LN. 1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabında olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın Borclu ödənilməsi hissəsində xitam verilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "xxxx" ASC-də depozit olaraq qoyulan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. - LPO Tələbkar ASC tərəfindən Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6621/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədini görülmüş məcburi icra tədbirlərini ləğv edərək məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etdiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. - "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək, icra sənədini görülmüş məcburi icra tədbirlərini ləğv edərək məhkəməyə geri qaytarılmasını xahiş etdiyindən, onun ərizəsi üzrə icra sənədi məhkəməyə geri qaytarıldığından, təqdimat təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "xxxx" ASC-də depozit olaraq qoyulan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "xxxx" ASC-də depozit olaraq qoyulan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-307/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-307/2024
12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver