Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-309/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin Borclu daşınmaz əmlakına yönəldilməsi üçün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.16 ha və 0.11 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(133)- 7123/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 30812,37 manat tutularaq Tələbkar ödənilməlidir. Mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul Borclu tutularaq tələbkaı Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxıl olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarı qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könullu olaraq təmin edilmədiyi uçun borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən göndərilmiş 3-21-3-43/2-1328/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən borclunun mülkiyyətində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.16 ha və 0.11 ha həyətyanı torpaq sahələrinin olduğu müəyyən edilmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 30360 manat məbləğində pul vəsaiti və 452,37 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İddiaçı Tələbkar tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 261 manat dövlət rüsumunun 130 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir; İcraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Borclu adına Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.16 ha və 0.11 ha həyətyanı torpaq sahələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus daşınmaz əmlakların mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.16 ha və 0.11 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.16 ha və 0.11 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-309/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-309/2024
10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver