Məhkəmə qərarları › İş №8(005)-31/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-31/2021

19.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-31/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-7846/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən, borclular Borclu, X1, X4 və X2 müştərək qaydada cəmi 2.156 (iki min bir yüz əlli altı) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədi icraata xx xxxxxx 2017-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxxx 2017-ci il tarixli məktubuna əsasən Borclu mülkiyyətində olan “Mercedes 320” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin 2(021)-7846/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes 320” minik markalı 10-LE133 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 8(005)-1046/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-7846/2016 saylı, xx.xx.2016-cı il tarixli sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes 320” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-7846/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli icra sənədinin icrası istiqamətində Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-7846/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu, X1, X4 və X2 müştərək qaydada 2.156 (iki min bir yüz əlli altı) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes 320” minik markalı **- LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1046/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes 320” minik markalı **- LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixli məktubla Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 7846/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Borclu məxsus “Mercedes 320” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru, tələbkar, borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1046/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes 320” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan tələbkar Ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxxx 2020ci il tarixli borc öhdəliyinin olub-olmaması barədə məktubun surətindən və məzmunundan görünür ki, Ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə X6, Borclu və X7 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 13022017/184015 nömrəli kredit müqaviləsinə əsasən 1.294 (bir min iki yüz doxsan dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(021)-3388/2018 nömrəli məhkəmə sənədi üzrə öhdəlik yerinə yetirilmişdir, hal-hazırda cavabdeh X6, Borclu və X7 sözügedən qətnamə üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədinin icrasına xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 8(005)-1046/2017 nömrəli qərardadı ilə Borclu məxsus “Mercedes 320” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova İş № 8(005)-520/2020

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar