Məhkəmə qərarları › İş №8(005)-310/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-310/2022

17.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-310/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli,22.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclu "xxxx" MMC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(005)- 47/2021 nömrəli,22.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclu “Property lnvestments-1" MMC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli,22.02.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar “X2” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1 -ci blokun 1 -ci mərtəbəsində 28.6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri. ünvan 2 ünvanda yerləşən “Kosmos’ yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28. 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyriyaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməlidir. Həmçinin Tələbkar 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla. (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub “Property lnvestments-1" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına 01.10.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclulara poçt vasitəsi ilə göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 -ci maddəsinə əsasən icra sənədinə izah verilməsi barədə icra məmurunun Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli.22.02.2021-ci il tarixli icra sənədində qeyd olunan tələblərin eyni anda icra edilib-edilməməsinə dair ərizəsi baxılması üçün 12.01,2022-ci il tarixdə hakimə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli. 19 01 2022-ci il tarixli qərardadı ilə icra sənədində qeyd olunan tələblərin eyni anda icra edilməsi göstərilmişdir Bundan sonra “Property lnvestments-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabları üzərinə inkasso qoyulması üçün müvafiq banklara inkasso sərəncamları göndərilmiş, lakin heç bir müsbət nəticə əidə olunmamışdır. Belə ki, "Elektron İcra"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli,22.02 2021 -ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə borclu "Property İnvestments-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli, 22.02.2021-ci il tarixli icra vərəqinin surətindən və məzmunundan görünür ki, ilk iddia qismən təmin edilərək, Tələbkar “X2” kimi fəaliyyət göstərdiyi ünvan 5 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Borclunə təhvil verilməsi, Tələbkar 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub Borclunə ödənilməsi, qalan hissədə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, Borclundən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Tələbkar ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Borclu adına ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun 01.10.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən və məzmunundan görünür ki, müvafiq tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair qeyd edilən qərar bildirişlə birlikdə Borclunə göndərilmişdir. Məhkəmə ödəniləcək borc məbləğini nəzərə alaraq hesab edir ki, Borclunə məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli,22.02 2021 -ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə borclu "Property İnvestments-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar