Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-310/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Borclu iştirakı ilə X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü i ltarixli, 2(005)- 921/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul etməyi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu 09 iyun 2012-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Rəsmi nikahdan 17 aprel 2013-cü il təvəllüdlü X9, 24 oktyabr 2014-cü il təvəllüdlü X10 və 20 fevral 2020-ci il təvəllüdlü X7 adlı üç nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə ilk vaxtlarda münasibətləri yaxşı olsa da sonradan cavabdehin ailəyə qarşı olan münasibətləri ailənin dayaqlarını sarsıtmışdır. Nikah formla xarakter daşıdığı üçün aralarında bağlanmış nikahın pozulması tələbinə dair iddia ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsini müraciət etmiş və aralarında 09 iyun 2012-ci il tarixində rəsmiləşdirilmiş nikah pozulmaqla rəsmi nikahdan 17 aprel 2013-cü il təvəllüdlü X9, 24 oktyabr 2014-cü il təvəllüdlü X10 və 20 fevral 2020-ci il təvəllüdlü X7 adlı üç uşaq onun yəni, ananın yanında qalması, hər bir uşağa hər ay 193 manat olmaqla 579 manat aliment tutularaq X5 verilməsi qət edilmişdir. Uşaqlar hal-hazırda ananın himayəsindədir. Qeyd edildiyi kimi cavabdehin uşaqlara və ailəyə diqqət göstərməməsi, laqeid münasibət bəsləməsi ailənin faktiki dağılmasına səbəb oldu.Bundan başqa cavabdeh valideyinlik borcunuda yerinə yetirmir, uşaqların sosial həyatında iştirak etmir və aliment ödəmir. Məhkəmə iclasında Borclu bildirdi ki,uşaqların saxlanılması üçün aliment ödəyir və alimentdən əlavə də 600 manat ödəniş etmişdir. İkinci dəfə ailə qurduğunu və tələbkarın uşaqlar ilə görüşünə icazə vermədiyini, yalnız ayda bir dəfə görüşdüyünü qeyd etdi. Özünün və tələbkarın işlədiyini, başqa rəsmi gəlir mənbəyinin olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-921/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən başlayaraq, (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla), 17 aprel 2013-cü il təvəllüdlü X3, 24 oktyabr 2014-cü il təvəllüdlü X6 və 20 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 579 manat aliment cavabdeh Borclu tutularaq X4 ödənilməsi qət edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 05 yanvar 2023-cü il tarixli Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2023cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,55 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-921/2024 saylı, xx.xx.2024-cü il tarixli, qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-310/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-310/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver