Məhkəmə qərarları › İş №8(005)-313/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-313/2024

28.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-313/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair icra məmuru Zaur Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Azər Əliyev Borclu Nərimanov rayon icra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu cəmi 490 manat məbləğində pul vəsaiti və 30 manat dövlə: rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu oclunun icra sənədində göstərilən (ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə çəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında Borclu izahatında icra məmuru tərəfindən bildirişi almadığını bildirmiş və təqdimatın təmin edilməməsini xahiş etdi. İcra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İş materialları ilə icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildirişin bocluya göndərilməsini, həmçinin digər icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur Borclu məhkəmə iclasında iştirak etdiyindən, onun polis vasitəsilə məcburi gətirilməsinə zərurət aradan qalxdığından, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4258/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Azər Əliyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar