Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-313/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2;060)- 11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclular X2, X3 və Borclu müştərək qaydada 12386,79 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və Şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxıl olmuş, icra sənədi üzrə icraata xx.xx.2018-ci il tarixdə başlanılmış, həmin tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatla məhkəməyə müraciət edilmiş, Borclu mülkiyyətində olan “Toyota Prius minik" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Zərurət aradan qalxdığından borcluya məxsus “Toyota Prius minik" markalı, **-VE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə - məhkəmə əmrinə əsasən, borclular X2, X3 və Borclu müştərək qaydada 12386,79 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Borclu mülkiyyətində olan “Toyota Prius minik" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - Tələbkar ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, icra sənədi üzrə bankla borclu arasında müvafiq razılaşma əldə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu aid hissədə icra sənədinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. - Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin faktiki hallarından göründüyü kimi əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədinin icrasının təmin edilməsi olmuşdur. Hazırda qeyd olunan icra sənədi üzrə tərəflər arasında razılıq əldə olunmuş, icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi məhkəməyə geri qaytarıldığından borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Toyota Prius minik" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11941/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Toyota Prius minik" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-313/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-313/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver