Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-314/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X1 Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra şöbəsinin icra məmuru Zaur Əliyevin hərəkətindən şikayət ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4694/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov icra şöbəsinin icra məmuru Zaur Əliyevin qərəzli hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək, həmin icra sənədi üzrə zəruri icra hərəkətlərinin həyata keçirilməsi vəzifəsinin təxirə salınmadan icra edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdeh "xxxx" MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Orxan- TİT" MMC cəlb edilməklə) qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi əsasında Nərimanov Rayon Məhkəməsində 2(005)-4694/2021 saylı mülki iş başlanılmış və başlanılmış mülki ış üzrə xx.xx.2021-cı ıl tarixdə qətnamə qəbul edilmişdir. İddia təmin edilmiş, "xxxx" MTK ilə X5 arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzil, bu mənzillərin açarları cavabdeh "xxxx" MTK tərəfindən iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə alaraq icraya yönəldilmişdir. Bununla belə həmin qətnamənin əsasında verilmiş 2(005)- 4694/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi hazırki tarixədək icra edilməmiş qalmaqdadır. Belə ki, icra məmuru qətnamənin nəticə hissəsində göstərilən mənzillərin və həmin mənzillərin açarlarının məhz "xxxx" MTK tərəfindən iddiaçıya verilməli olduğunu, hazırda isə mənzillərin yerləşdiyi binanın "xxxx" MMC-nin nəzarətində olduğunu bəhanə edərək icra hərəkətlərini icra etməkdən boyun qaçırır və bugünkü tarixədək hər hansı icra hərəkəti həyata keçirmir. Bu səbəbdən də icra vərəqəsi icra edilməmiş vəziyyətdə qalmışdır. Məsələ ilə bağlı ərizəçi Nərimanov Rayon Məhkəməsinə icra sənədinin izah edilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmə ərizədə göstərilən halların icra vərəqəsinin icrasının qeyri müəyyən hesab edilməsinə hər hansı bir əsas yaratmadığını qeyd etmişdir. Belə ki, məhkəmə qeyd olunan binaya başqa qurumun nəzarət etməsi səbəbindən qətnamənin icra edilməməsi fikri ilə razılaşmayaraq həmin binaya nəzarətin başqa şəxsə keçməsinin binada olan müvafiq mənzil üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi aradan qaldırmadığı qənaətinə gəlmişdir. Belə ki, qeyd olunan qətnamənin icrasının icra orqanı tərəfindən təmin edilməli olduğu qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4694/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə izah verilməsinə hər hansı səbəb olmadığından tələbkarın izahla bağlı ərizəsi təmin edilməməlidir. Beləliklə, xx.xx.2022-ci il tarixli, 2(005)- 4694/2021 saylı qərardad ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4694/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin izah edilməsinə dair tələbkar X3 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. İcra məmuru isə hələ də qətnamənin nəticə hissəsində göstərilən mənzillərin və həmin mənzillərin açarlarının məhz “Konstra" MTK tərəfindən iddiaçıya verilməli olduğunu, hazırda isə mənzillərin yerləşdiyi binanın “Orxan-- TİT" MMC-nin nəzarətində olduğunu bəhanə edərək icra hərəkətlərini icra etməkdən boyun qaçırır. icra məmuru Zaur Əliyevin qərəzli hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək, həmin icra sənədi üzrə zəruri icra hərəkətlərinin həyata keçirilməsi vəzifəsinin təxirə salınmadan icra edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, borclu və tələbkar xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Bu halda təqdimata Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin nümayəndəsinin, borclu və tələbkarın iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətindən şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair X3 şikayət ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-314/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-314/2022
05.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver