Məhkəmə qərarları › İş №8(005)-315/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-315/2023

24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-315/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(005)-744/2019-018 nömrəli, xx.xx.2019-cu il il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” minik markalı **-SJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq Borclu xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ğdənilməlidir. .İcra sənədi xx.xx.2019-cu ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, Borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Borclu məxsus “OPEL ASTRA” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, icra sənədi xx.xx.2019-cu ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, Borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Borclu məxsus “OPEL ASTRA” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “OPEL ASTRA” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar