Məhkəmə qərarları › İş №8(005)-315/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-315/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-315/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2024 saylı, xx.xx.2024-cu il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 361/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Ford Expediton” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı, “Lexus GX460” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 904” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 361/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu iddiaçı Tələbkar MMCnin xeyrinə 46133,33 manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı borclunun ünvanına bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. “Elektron İcra” İnformasiya sistemində Borclu mülkiyyətində olan “Ford Expediton” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı, “Lexus GX460” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 904” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar MMC-nin xeyrinə 46133,33 manat məbləğində pul tutulmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 410 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 155,80 manat olan hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 77,9 manat olan hissəsi cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməli, keçirilən ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pulun 22,8 manat olan hissəsi cavabdeh X1, qalan 37,2 manat məbləğində olan hissəsi isə iddiaçılar Tələbkar MMC və X2 müştərək qaydada alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir; xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Ford Expediton” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı, “Lexus GX460” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 904” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus əmlakların mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus “Ford Expediton” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı, “Lexus GX460” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 904” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(103)-361/2024 saylı, xx.xx.2024-cu il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Ford Expediton” markalı **- NG-*** dövlət qeydiyyat nişanlı, “Lexus GX460” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 904” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S350” markalı **- SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar