Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-316/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,07 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, Borclu xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, Borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. “Elektron İcra” İnformasiya sisteminin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müvafiq elektron informasiya sistemi ilə irteqrasiyası nəticəsində Borclu məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.07 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra məmuru tələbin sözügedən əmlaka yönəldilməsi üçün Borclunın adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edərək Borclu məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,07 ha torpaq sahəsiin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-744/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, Borclu xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmiş və icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. - Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli e68295/2019-15-10 saylı Bildirişindən görünür ki, Borclu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 744/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuşdur. Borclu bildirişi xx.xx.2019-cu il tarixdə imza etməklə rəsmi qəbul etmişdir. - Borclun haqqında əmlak məlumatlarından görünür ki, borcluya məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, borclu rəsmi bildirişi almasına baxmayaraq məhkəmənin icra sənədində göstərilən tələbi icra sənədi ilə müəyyən edilmiş qaydada ödəmədiyindən, bununla da icra sənədinin icrası mümkün olmadığından təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,07 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-744/2019-018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,07 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-316/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-316/2023
05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver