Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-322/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3410/2021 saylı. 17.07.2021-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3410/2021 saylı. 17.07.2021-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-3410/2021 saylı, 17.07 2021 -ci il tarixli icra sənədinə əsasən borclu X1 20 manat dövlət rüsumu olmaqla, cəmi 442,05 məbləğində pul vəsaiti tutularaq 'Ferrum Kapital” MMC-nin xeyirinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 30 08 2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün 'Elektron İcra' İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, HYUNDAİ GETZ minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən üzrə Nərimanov rayon Məhkəməsinin 2(005) 3410/2021 saylı, 17 07 2021-ci il tarixli icra sənədinin icrasını təmm etmək məqsədi ilə Borclu mülkiyyətində olan “HYUNDAİ GETZ" minik markalı 99 OG-223 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Borclu məxsus “HYUNDAİ GETZ" minik markalı 99 OG-223 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Məhkəmə ödəniləcək borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra vərəqəsi üzrə Borclu məxsus “HYUNDAİ GETZ" minik markalı 99 OG-223 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005) 3410/2021 saylı, 17 07 2021-ci il tarixli icra sənədinin icrasını təmm etmək məqsədi ilə Borclu mülkiyyətində olan “HYUNDAİ GETZ" minik markalı 99 OG-223 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-322/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-322/2022
18.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver