Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-328/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2110/2023-002 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev məhkəməyə təqdimatla müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu Nərimanov rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2110/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 312 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 342 manat məbləğində pul tutularaq tələbkar “X1” MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı yeri müəyyən etmək olmamışdır. İcra məmuru, tələbkar və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsaslar olduğundan təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2110/2023-002 saylı icra vərəqəsinə əsasən Borclu əsas borca görə 312 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat məbləğində pul tutularaq Tələbkar MMC-yə ödənilməlidir; - Nərimanov Rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2110/2023- 002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli “borclunun məcburi qaydada gətirilməsi barədə” qərarının surətindən görünür ki, Borclu Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2110/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-328/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-328/2024
24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver