Məhkəmə qərarları › İş №8(005)-329/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-329/2024

27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-329/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e-2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə ünvan 1anov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri ünvan 1anov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri ünvan 1anov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev Bakı Şəhəri ünvan 1anov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e-2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə ünvan 1anov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri ünvan 1anov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e- 2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu xx.xx.2022ci il tarixli № 011 131239 saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 410,4 (dörd yüz on manat 40 qəpik) manat əsas borc, 61,5 (altmış bir manat 50 qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 439,5 (dörd yüz otuz doqquz manat 50 qəpik) manat əsas borc, 65,9 (altmış beş manat 90 qəpik) manat cərmə borcu olmaqla ümumilikdo hər iki müqavilə üzrə 849,9 (səkkiz yüz qırx doqquz manat 90 qəpik) əsas borc, 127,4 (yüz iyirmi yeddi manat 40 qəpik) manat cərimə borcu olmaqla 977,3 (doqquz yüz yetmiş yeddi manat 30 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İrşad- Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı yeri müəyyən etmək olmamışdır. “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 44.1.3,-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2,-ci maddəsinə əsəsən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra məmuru qeyd olunanları və "icra haqqında" Azərbaycan Respublikası Qanunun 3.1-ci. 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq, xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhəri, ünvan 1anov rayonu, Aşiq Qərib küçəsi, ev 100A ünvanında yaşayan Borclu ünvan 1anov rayon icra şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Tələbkar “İrşad-Electronics" MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e-2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli № 011 131239 saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 410,4 (dörd yüz on manat 40 qəpik) manat əsas borc, 61,5 (altmış bir manat 50 qəpik) manat cərimə borcu, xx.xx.2022ci il tarixli № ********* Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 439,5 (dörd yüz otuz doqquz manat 50 qəpik) manat əsas borc, 65,9 (altmış beş manat 90 qəpik) manat cərmə borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə 849,9 (səkkiz yüz qırx doqquz manat 90 qəpik) əsas borc, 127,4 (yüz iyirmi yeddi manat 40 qəpik) manat cərimə borcu olmaqla 977,3 (doqquz yüz yetmiş yeddi manat 30 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İrşad-Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri ünvan 1anov Rayon İcra şöbəsinin xx.xx.2023-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir - Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan borcunu könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri ünvan 1anov Rayon İcra şöbəsi tərəfindən xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhəri, ünvan 1anov rayonu, Aşiq Qərib küçəsi, ev 100A ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında qərar qəbul edilmişdir. - “Elektron məhkəmə” və “Elektron icra” sistemindən çıxarışlardan görünür ki, Borclu xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1anov rayonu, Aşiq Qərib küçəsi, ev 100A ünvanında qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e-2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu cəmi 977,3 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb təmin edilmədiyindən, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e-2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1anov rayonu, Aşiq Qərib küçəsi, ev 100A ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri ünvan 1anov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsinin e-2(005)-2336/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1anov rayonu, Aşiq Qərib küçəsi, ev 100A ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri ünvan 1anov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri ünvan 1anov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri ünvan 1anov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar