Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-330/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Borclu, X2, Bakı şəhəri Nərimanov İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun iştirakları ilə, X2 Borclu qarşı “mənzilə köçürülmə tələbi”nə dair mülki iş üzrə ərizəçi Borclu Bakı Şəhəri Nrimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, 15.09.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, 15.09.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nrimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, 15.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Bundan başqa Zəngilan Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(034)-65/2021 nömrəli qətnaməsi ilə birgə nikahdan olan 19.05.2016-cı il təvəllüdlü X3 və 09.10.2017-ci il təvəllüdlü X1 üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə tutulması, Zəngilan Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(034)-372/2021 nömrəli qətnaməsi ilə ondan 19.05.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 manat pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. X7 ilə ailəsi arasında problemlər mövcud olduğundan və X7 onu təhqir etdiyindən aidiyyat üzrə polis şöbəsinə şikayət etmiş, Polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. Bunda əlavə X6 qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Sadalanan hallardan başqa atası davam edən məhkəmə prosesləri ilə əlaqədar 2019-cu ildə infarkt keçirmiş, onun üzərinə atılmış şər və böhtanlara görə 2022-ci il tarixdə ildə yenidən infarkt keçirmiş və hal-hazırda ağır ürək əməliyyatına hazırlıq gedir. Qeyd olunan olunan hallar nəticəsində valideyinləri ilə onun arasında münaqişə yaranmış, valideyinləri onu yaşadığı mənzilə buraxmır, hətta valideyinləri ondan imtina etmək səviyyəsinə gəlib çıxmışdır. Bu səbədən qeyd etdiklərini nəzərə alaraq və baş verə biləcək ailə faciəsinin qqrşısının alınması məqsədilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2232/2020 nömrəli, 15.09.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizə ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 ərizənin təmin olunmasına etiraz etdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı Şəhəri Nrimanov Rayon Məhkəməsinin 2(005)- 2232/2020 nömrəli, 15.09.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəçi Borclu ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Ərizədən göründüyü kimi borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmiş, habelə belə sübutların əlavə edilməsi üçün ərizəçilər təxirə salınmış təkrar məhkəmə iclasında iştirak etməyərək həmin sübutları məhkəmə iclasında təqdim etməmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından və tələbkarın qətnamənin icrasına möhlət verilməsinə etirazı nəzərə alınaraq hazırki ərizədə qeyd edilən əsaslarla qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, 15.09.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-330/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-330/2022
20.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver