Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-331/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 hərəkətlərindən X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, Nərimaov Rayon Məhkəməsinin 2(005)-4694/2021- 007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmuru X6 hərəkətləri qanunsuz hesab edilməsi və iş üzrə icraatın dayandırlması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, müxtəlif tikinti şirkətlərinə materiallar verir. 2019-cu ilin oktyabrında "xxxx" MMC-nin nümayəndələri ilə görüşmüş, "xxxx" MMC-nin rəhbərliyi F10-32 markalı 6,7 ton armatur verməyi təklif etmiş, bunun müqabilində ona mənzil verməyi təklif etmişdir. Mənzillərin 1 kv.m qiymətini 1500 manata təklif etmişlər. Həmin ərazidə mənzillərin 1 kv.m 1600-1700 manata olduğundan 2 mənzil almağa razılaşmışdır. xx.xx.2019-cu il tarixdə müqavilə bağlamış, müqaviləyə görə 250000 manat məbləğində mal verir və 2 il ərzində 206000 manat hissəhissə pul ödəməyi öhtəsinə götürmüşdür. "xxxx" MMC isə “C” blokunda yerləşən ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi isə 136.40 kv.m. 3 otaqlı C14-3 saylı mənzil və ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi və 136.40 kv.m 3 otaqlı C18-3 saylı mənzili verməyi öhdəsinə götürmüşdür. Üzərinə düşən öhdəliyi 7-8 ay ərzində yerinə yetirmişdir. Sonra ona məlum olmuşdur ki, "xxxx" MTK-nın vəzifəli şəxsləri qeyri-qanuni olaraq "xxxx" MMCyə məxsus mənzilləri satmış və buna görə Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi başlamışdır. Həmin mənzillərə görə heç bir ödəniş etməmişdir. "xxxx" MMC-nin rəhbərliyinə bildirmişdir ki, problemi həll etdikdən sonra ödəniş edə bilər, əks halda verdiyi malın pulun qaytarılmasını tələb etmişdir. 2021-ci il avqust ayında "xxxx" MMC-nin rəhbərliyi dəvət edərək, məsələnin həll olunduğunu artıq mənzillərə görə ödəniş edə biləcəyini bildirmiş və bunu təstiq edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını təqdim etmişdir. Həmin qərara əsasən "xxxx" MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi qaldırılmış, binanın üzərinə qoyulmuş həbs götürülmüş və satış qadağasından azad edilmişdir. xx.xx.2021- ci il tarixində "xxxx" MMC ilə yenidən müqavilə bağlamışdır. 2022-ci il sentyabr ayında qalan borcunu ödəyərək maliyyə arayışı almışdır. Sonra ona məlum olmuşdur ki, cavabdeh X8 xx.xx.2018-ci il tarixdə 22 "xxxx" MTK yuxarı göstərən mənzillərə dair müqavilə bağlanmış, və xx.xx.2021 -ci il tarixdə məhkəmə qətnaməsi ilə həmin mənzillərin ona verilməsi qət olunmuşdur. Eyni zamanda məlum olmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının cavabdeh "xxxx" MTK tərəfindən iddiaçıya verilməsi tələblərinin xx.xx.2018-ci il tarixli, C-121/14 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m. yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və xx.xx.2018-ci il tarixli C- 12018 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin C blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan 3 otaqdan ibarət izolə olunmuş, C03 mənzillərinin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq həmin mənzillərin açarlarının hər bir halda naturada icra edilməklə iddiaçı X5 təhvil verilməsi qət edilmişdir. "xxxx" MTK-nın həmin mənzilləri satması barədə hər hansı hüququ olmamışdır. Dəfələrlə icra məmuruna həmin mənzillərin onun mülkiyyətində olması barədə alqı-satqı müqavilələrini maliyyə arayışını təqdim etsə , iş üzrə icraatı dayandırmır və qanunsuz hərəkətlərini davam etdirir. Həmin binanın əsl mülkiyətçisi "xxxx" MMC-dir. X2 mənzilə dair rəsmiləşdirilmiş müqavilələrin etibarsız sayılması barədə iddia qaldırmışdır. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə icra işini və şikayətdə qeyd olunan dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. “İcra haqqında” Qanunun: 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. 21.1. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra hərəkətlərinin dayandırılmasının məcburi olan və mümkün olan halların siyahısı göstərilmişdir. Ərizəçi ərizəsində icra hərəkətlərinin dayandırılmasının xahiş etsə də, lakin hazırda icra sənədinin icrasının dayandırılması üçün hər hansı əsas mövcud deyildir, qanunvericilikdə ərizəçinin iddia etdiyi əsas ilə icra hərəkətlərinin dayandırılması nəzərdər tutulmamışdır. Bu halda icra hərəkətlərinin dayandırılması əsassız olacaqdır. İcra məmuru tərəfindən icra hərəkətlərin aparılması qanunvericiliyin tələblərinə zidd deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 hərəkətlərindən X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 hərəkətlərindən X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-331/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-331/2023
06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver