Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-337/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 273/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Himayəmdə olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(005)-273/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat aliment məbləğinin Azərbaycan Respublikasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmaqla hər uşağa görə 280 (iki yüz səksən) manat, ümumilikdə 560 (beş yüz altmış) manat təşkil etməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(005)-273/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən 11 06.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Borclu hər uşağa görə hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X9 ödənilməlidir.Qeyd edilən icra sənədi Tərtər rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatındadır.Həmin ildə, yəni 2021-ci ildə Azərbaycan Respublikasında minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilmişdir.Bu il isə Azərbaycan Respublikasında minimum əmək haqqı artaraq yanvarın 01-dən 400 manat məbləğində müəyyən edilmişdir.Belə ki, Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat məbləğində olarkən, yəni 2021-ci ildə himayəsində saxlanılmış uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaqa görə aliment 175 manat, ümumilikdə 350 manat məbləğində, yəni həmin il üçün minimum əmək haqqının 0,7 misli həddində təyin edilmişdir.Bu il üçün minimum əmək haqqı məbləği olan 400 manatın 0,7 misli 280 manat təşkil edir.Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırki ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasınında iştirak edən X2 bildirdi ki,borclu X8 davamlı alimenti ödəmir və ikinci dəfə evlənib.Həmçinin bildirdi ki, X8 uşaqlarını görmək istəmir. Borclu elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini, həmçinin, iddia tələbini qəbul etmədiyini və hazırda işləmədiyini və yenidən ailə qurduğunu bildirdib. Həmçinin o, qeyd edib ki, uşaqları ilə görüşə bilmir. Alimentin artırılması ilə bağlı tələblə razı deyil. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 273/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi,iddiaçı X11 ilə cavabdeh Borclu arasında xx.xx.2011 -ci ildə Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 54 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması,11 iyun 2013-cü il tarixli X5 və 08 aprel 2015-ci il təvəllüdlü X10 iddiaçı (anası) X7 yanında saxlanılması və 11 iyun 2013-cü il tarixli X6 və 08 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. AZEMİS elektron məhkəmə informasiya sistemindən görünür ki, Borclu məxsus VÖEN mövcuddur. Statusu: aktiv, fəaliyyət istiqaməti: taksi fəaliyyəti kimi qeyd edilib. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Növbəti dəfə minimum aylıq əmək haqqı 2022-ci ilin yanvar ayından artırılmışdır. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,7 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-273/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-337/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-337/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver