Məhkəmə qərarları › İş №8(005)-339/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-339/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-339/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə Borclu "xxxx" MTK-nın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MTK ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi e-2(005)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan iddiaçı Tələbkar xeyrinə 6442,05 manat pul tutulması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ½ hissəsi, yəni 50 manat pul cavabdeh "xxxx" MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi barədə xx.xx.2025-ci il tarixli icra sənədi üzrə qətnamənin 12 (on iki) ay müddətində hissə-hissə icra edilməsinə "xxxx" MTK-ya müddət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi (hakim Aytən Novruzova) 2(Q05J- 390/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan iddiaçı Tələbkar xeyrinə 6442,05 manat pul tutulması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ½ hissəsi, yəni 50 manat pul cavabdeh "xxxx" MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə iddiaçı Tələbkar tutularaq Məhkəmə Hkspertizası Mərkəzi hesabına keçirilinəsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 180/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən e-2(005)- 390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi xx.xx.2025-ci il tarixdə verilmiş, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru R.Səfərov tərəfindən icra sənədi üzrə (xx.xx.2025-ci ildə təqdim olunmuş) icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 105 saylı, 19 aprel 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişrnəsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 4 girişli, 2 bina inşa etmişdir. İddiaçı ilə "xxxx" MTK-a arasında xx.xx.2017-ci il tarixli 20 №-li müqavilə bağlanılmış və adıçəkilən müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış sahəsi sökülməsi və bunun əvəzində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında 55.0 kv.m-dən ibarət təmirsiz mənzilin iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Sonradan tərəflər arasında aparılmış danışıqlar nəticəsində əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən (Tələbkar əvəzləşdirmə qaydasında verdiyi fərdi evin sahəsinin göstərilən ölçülərdə olmadığına görə), müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m dən ibarət mənzilin əvəzinə Tələbkar Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, B bloku, 5-ci mərtəbədə yerləşən 73 saylı, layihə üzrə 52.83 kv.m. ümumi sahəsi olan təmirsiz mənzilin verilməsi qət edilmişdir. Göstərilən ölçüdə ona yaşayış sahəsi verildiyini və bunu qəbul etdiyini xx.xx.2020-ci il tarixli ərizədə də iddiaçı etiraf etmişdir. xx.xx.2020-ci il tarixdə tərəflər tikintisi tam başa çatmış 73 saylı mənzildə ölçü işləri apararaq, mənzilin sahəsinin (işgüzar adətlərə uyğun olaraq artıq formalaşmış qaydalara uyğun olaraq çöl divarların ortasından hesablanmaqla) 7.8 metr x 6.5 metr olduğunu (7.8 x 6.5=50.7) və bu ölçünü Tələbkar "xxxx" MTK-dan əlavə 6000 (altı min) manat almaqla qəbul etdiyi barədə akt imzalamışlar, o cümlədən Tələbkar gələcəkdə heç bir iddia və tələbi olmayacağı barədə xx.xx.2020-ci il tarixdə yazılı ərizə yazmış və imzalamışdır. Burada sahənin ölçüsünə görə hesablaşma aparılmamış, ümumiyyətlə tərəflər arasında mənzil mübahisəsinin bitirilməsi məqsədilə mənzil sahəsinin razılaşdırılmış ümumi sahəsi və əlavə ödəniş ödənilməklə yekunlaşdırılmışdır. Məhkəmənin iş üzrə istinad etdiyi xx.xx.2020-ci il tarixli, 1 saylı Əlavə də isə texniki səhvlərə yol verilməklə imzalanmışdır. Belə ki, həmin əlavədə səhvən mənzil sahəsi 52.83 kv.m. kimi göstərilmiş, halbuki tərəflər arasında ondan 3 gün əvvəl bağlanılmış aktla mənzilin sahəsi 50.7 kv.m. olduğu göstərilmiş, eyni zamanda Tələbkar tərəfindən eyni tarixdə yazılmış ərizədə də açıq göstərmişdir ki, əvvəllər 52.83 kv.m. mənzil sahəsi onun mülkiyyətinə verilmiş, hazırda həmin mənzilin 50.7 kv.m. ümumi sahəsi olduğunu təsdiq edir və əlavə 6000 (altı min) manat məbləğində pul alaraq gələcəkdə heç bir iddiası olmayacaqdır. Bütün bu göstərilənlərdən sonra mənzilin açarı iddiaçıya verilmişdir. Tikintisi başa çatmış və iddiaçının naturada mülkiyyətinə keçmiş mənzilin sahəsinin cavabdehin sonradan dəyişdirməsi faktiki olaraq qeyri-mümkün olduğu mübahisəsizdir. Lakin, iddiaçı mənzilin təmiri həyata keçirdiyi üçün arakəsmə divarların və sair sahələrin tikilməsi ilə bağlı olaraq mənzilin istifadə sahəsi müəyyən qədər azalması təbiidir. "xxxx" MTK tərəfindən 2016-cı il tarixdə tikinti işlərinə başlanılmış və 2020-ci ildə tikinti işləri tam yekunlaşmış, bina istismara verilmişdir. Balansda hazırda hər hansı əmlak qalmamış, sadəcə kommunal ödənişlərin yığılmasından hər hansı vəsait yığıb ödəmək mümkündür. Ona görə də, yalnız icra sənədini hissə-hissə icra edilməsi mümkündür. Hazırda vaxt verilərsə hazırki borcun ödənişini də hissə-hissə həyata keçirəcəkdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək bildirmişdir ki, qətnamənin hissə-hissə icra edilməsi ilə razı deyildir, özü icra məmurunun yanında getmiş, icra məmuru qarşı tərəfin nümayəndəsi ilə danışaraq ondan pulun ödənilməsini tələb etmişdir. Borclunun nümayəndəsi isə hissə-hissə icra olunma ilə bağlı məhkəməyə müraciət etdiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu - ərizəçi, tələbkar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, "xxxx" MTK-nın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizəsi təmin olunmamalıdır. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(005)- 390/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "Regal” MTK-dan Tələbkar xeyrinə 6442,05 manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-1259/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(005)- 390/2023 nömrəli icra vərəqəsindən görünür ki, "Regal” MTK-dan Tələbkar xeyrinə 6442,05 manat tutulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 1/2 hissəsi, yəni 50 manat pul cavabdeh “Regal" MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601UUOUÜ000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə 10 gün müddətində icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2023cü il tarixli, 2(005)-390/2023 nömrəli icra vərəqəsindən, habelə eyni tarixli məhkəmə qətnaməsindən görünür ki, "Regal” MTK-dan Tələbkar xeyrinə 6442,05 manat tutulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 1/2 hissəsi, yəni 50 manat pul cavabdeh “Regal" MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Hazırda icra sənədi üzrə borclu icra sənədi üzrə borcun hissəhissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissəhissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Belə ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna haldır və onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən Tələbkar qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəyə etiraz etmişdir. Məhkəmə qeyd edir ki, icra vərəqəsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən qaydada 12 ay müddətinə hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla, hazırda borclunun ərizədə göstərdiyi dəlillər (balansda əmlakın qalmaması, borcun yalnız kommunal vəsait yığılmaqla ödənilə bilməsi və s.) icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla borclu "xxxx" MTK tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu "xxxx" MTK tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar