Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-341/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, X2 İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 22.02.2022-ci il tarixli qərarının ləğv olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Borclu X1 rayon İcra və Probasiya şöbəsinin 22.02.2022-ci il tarixli qərarının ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin İcra X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)242/2021-026 saylı, 22 fevral 2022ci il tarixli icra sənədinə baxaraq həmin tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. O, Bakı şəhərində yaşadığı üçün həmin qərarı vaxtında ala bilməmişdir. 10 may 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin İcra X4 tərəfindən icra şöbəsinə dəvət edilmiş, orada izahat vermiş və həmin gün qərar ona təqdim olunmuşdur. İcraata başlama haqqında qərarda qeyd olunduğu kimi qərarı aldığı vaxtdan 10 gün müddətində şikayət vermək hüququ var. Qərardan onu aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilməsi göstərilsə də, hansı qaydada, hansı məhkəməyə şikayət verilməsi qeyd olunmamışdır. Sadalanan hallar subut edir ki, icra məmurunun qəbul etdiyi 22.02.2022-ci il tarixli qərar “İcra Haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərin pozmaqla qəbul olunmuş və ləğv olunmalıdır. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə olunan sənədlərin surətlərini nəzərdən keçirib hesab edir ki, X2 İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 22.02.2022-ci il tarixli qərarının ləğv olunmasına dair ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 87.1 maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Qanundan da göründüyü kimi borclu hazırki şikayət ərizəsi ilə İsmayıllı Rayon Məhəkəməsinə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ X2 İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 22.02.2022-ci il tarixli qərarının ləğv olunmasına dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-341/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-341/2022
25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver