Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-341/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən şikayəti barədə X3 şikayətinə tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin icra hərəkətlərini dayandırmamasına dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə zəruri icra hərəkətlərinin dayandırılması öhdəliyininin icra məmuru Babək Qarayevin üzərinə qoyulmasına dair qərar qərardad edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra işi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin icraatında idi və yalnış icra sənədinə istinad edilmişdir:Nərimanov Rayon İcra Şöbəsi tərəfindən ona ünvanlanan e131672/2023-15-2 saylı, xx.xx.2025-ci il tarixli məktubda e- 2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi,955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvanında yerləşən mənzilin Gözəlov (Sorokin) Scrgcy Vladimiroviçin istifadəsinə və sahibliyinə verilməli olduğu göstərilmişdir. Qeyd edir ki,sözügedən icra vərəqəsi və onun verilməsi üçün əsas olmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə fərqli mübahisə barəsindədir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə diqqət yetirdikdə hu qətnamənin nə ərizəçiyə, nə Gözəlov (Sorokin) Sergey Vladimiroviçə, nə də X12ma məxsus olan Bakı şəhəri, Nərimanov rayonu. Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 3 ünvanında yerləşən mənzillə bağlı olmadığı açıqca görünməkdədir. Həmin qətnamə başqa şəxslərlə bağlıdır və başqa bir şəxsin birgə nikah dövründə əldə etdikləri mənzilə (tamamilə başqa ünvanda yerləşir) köçürülməsini nəzərdə tutur. İcra vərəqəsində mənzilin zorla boşaldılması göstərilməmişdir:Ərizəçi qeyd edir ki,yoldaşı X5 əlehinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində bir məhkəmə işi olmuşdur və həmin iş üzrə verilmiş 2(001 )-2405/2019 saylı, xx.xx.2019 il-ci il tarixli icra vərəqəsində mənzilin zorla boşaldılması göstərilməmişdir. Həmçinin Binəqədi İcra Şöbəsində baxılmalı olan icra vərəqəsinin nəyə görə Nərimanov İcra Şöbəsinə göndərilməsini də onlara məlum olmamışdır. Mənzil üzərində ½ pay hüququ tanınmışdır:Belə ki bu əmlak birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin üzərində ½ pay hüququnun tanınması üçün iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1891/2025 saylı. xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tələbi təmin edilmiş və həmin mənzilin üzərində ½ pay hüququ tanınmışdır. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və 2(001)-1891/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi verilmişdir. 2(001)-1891/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi icra edilərək onun payı müəyyən edilmədən e- 2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası bərpa edilməsi mümkün olmayan zərərə səbəb ola bilər. Bildirir ki,sözügedən qətnamə hazırda icra mərhələsindədir. Bu səbəbdən də Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )- 1891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi icra olunub bitənədək e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra işi AR “İcra haqqında” qanunun 17.1.4cü maddəsinə əsasən dayandırılmalıdır. Həmin mənzildən sahiblik və istifadə hüququnun tanınması və s. tələblərə dair işə məhkəmədə baxılmaqdadır:X2 qarşı Binəqədi Rayon Məhkəməsində mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırılmışdır. Hal-hazırda e-2(001 )- 3685/2025 saylı iş hakim Lətifə Məmmədovanın icraatındadır. Belə olan halda sözügedən mübahisə üzrə məhkəmə prosesləri yekunlaşana qədər e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılması zəruridir. Beləliklə, yuxarıda qeyd etdiyi hallardan da göründüyü kimi, e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra işi dərhal dayandırılmalıdır. Bildirir ki, e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra işinin dayandırılması məqsədilə icra məmuru Babək Qarayevə müraciət etmişdir. Belə ki AR “İcra haqqında” qanunun 17.1.4cü maddəsinin tələblərinə uyğun olaraq bu icra hərəkətlərini dayandırmaq icra məmuru Babək Qarayevin vəzifəsidir. X23 bu müraciətini nəzərə almamış və sözügedən icra işi üzrə icraatı dayandırmamışdır. Məhkəmə iclasında iştirak etmiş X8 nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Gözəlov (Sorokin) Sergey Vladimiroviçə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və ona əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 11 noyabr 2005-ci il tarixli,47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok,9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m izolə edilmiş 4 otaqlı 37 saylı mənzili Gözəlov Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməli və Bakı şəhəri,X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok,9-cu mərtəbə,ümumi sahəsi 180.85 kv.m izolə edilmiş 4 otaqlı 37 saylı mənzili Gözəlov(Sorokin) Sergey Vladimiroviçin istifadə və ona sahiblik etməsinə yaradılmış maneə aradan qaldırılmalı olduğu bildirilmişdir.İcra sənədində qeyd olunan Bakı şəhəri,X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok,9-cu mərtəbə,ümumi sahəsi 180.85 kv.m izolə edilmiş 4 otaqlı 37 saylı mənzilə dair icra tədbirlərinin xx.xx.2025-ci il tarixdə saat 10:00-a təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(001)-1891/2025 saylı qətnaməsindən görünür ki, X3 maraqlı şəxs X9 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi"nə dair ərizəsi təmin edilmiş,X15 ilə X13 arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2024-cü il .arixli, MŞB/16/2024-01919 saylı barışıq sazişi təsdiq edilmişdir.Tərəflər birgə nikah dövründə əldə edilmiş, X5 adına ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, ünvan 6 (Yeni qaydalarla: AZ 1007, ünvan 4 ünvanında yerləşən mənzil üzərində X8 1/2 hissədə pay hüququnun olduğuna razılaşırlar.X10 öz adına ********** Qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov 'ayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 108, m10, m.1 ünvannda yerləşən mənzil üzərində X8 ½ hissədə pay hüququna qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür.X10 öz adına ********** Qeydiyyat nömrəsi ilə sənədləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu. Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 5 ünvanında yerləşən mənzilə münasibətdə X8 adına 1/2 hissədə sənədləşdirilməsinə razıdır və gələcəkdə heç bir etiraz etməyəcək. “İcra haqqında” Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, "İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq, tərəflər digər hüquqlarla yanaşı, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Eyni Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzil üzərində ½ hissədə pay hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sözügedən mənzilə Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Bak şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 saylı qətnaməsinin icrası prosesində mənzildə yaşayan Yarıyev Ramizdən evin boşaldılması tələb edilmişdir. X22 məhkəməyə müraciət edərək, icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna istinad edərək, e-2(005)-164/2023 saylı icra vərəqəsi üzrə icraatın dayandırılması barədə tələb irəli sürsə də, işin materialları ilə müəyyən edilir ki, sözügedən qətnamə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 27 dekabr 2023-cü il tarixində qəbul edilmiş və X11 ilə X7 birgə nikah dövründə əldə olunan ünvan 7 ünvanında yerləşən mənzilinə X1 ilə bağlıdır. Beləliklə həmin qətnamədə X15, Gözəlov (Sorokin) Sergey Vladimiroviç və Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37 ilə hər hansı bir göstəriş yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, icra şöbəsinin istinad edilən məktubunda texniki yanlışlığa yol verilərək fərqli icra sənədi göstərilmişdir. Məktubda göstərilənlər – Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.89 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzili Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması əslində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin əsasında verilən 02 iyun 2023-cü il tarixli icra vərəqinin tələbləridir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, həmin icra işi e131672/2023-15-2 nömrəsi ilə qeydə alınıb və Bakı şəhəri Nərimanov İcra şöbəsinin icra məmuru Babək Qarayevin icraatındadır. Ərizəçinin təqdim etdiyi sənədlərdən məlum olur ki, icra sənədində X8 mənzildən çıxarılması ilə bağlı hər hansı göstəriş yoxdur. Bundan əlavə, həmin icra sənədi üzrə Yarıyev Ramiz ümumiyyətlə tərəf deyil. Digər tərəfdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Y.Ramizin mənzil üzərində ½ hissədə pay hüququ tanınmışdır. Eyni zamanda, X8 X6 qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair 2(001)-3685/2025 saylı iş Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin prosesdə arbitr rolunda iştirak etməsi qeyd edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Mülki proses iştirakçıları prosessual aktivlik nümayiş etdirməklə qarşı tərəfin tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. İcra şöbəsinə icra işinin təqdim edilməsi ilə bağlı rəsmi müraciət edilməsinə baxmayaraq, icra işi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda icra məmuru da məhkəmə iclaslarında iştirak etməmiş, ərizəçinin dəlillərini təkzib edə bilən sübutları məhkəməyə tədim etməmişdir. Beləliklə, prosessual passiv və laqeyd mövqe sərgilənmişdir. Belə olan təqdirdə məhkəmə ərizəçi tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, şikayətin dəlillərini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. “İcra Haqqında” AR Qanunun: 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; “İcra Haqqında” AR Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayonu İcra Şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətsizliyi qanunsuz hesab edilsin, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 nömrəli icra sənədi üzrə icra hərəkətləri dayandırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-341/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-341/2025
03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver