Məhkəmə qərarları › İş №8(005)-343/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-343/2022

30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-343/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X3, X4 iştirakları ilə, X4 borclu X8 qarşı “mənzilə köçürülmə tələbi”nə dair mülki iş üzrə X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs) X15 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nrimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X19 azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Bundan başqa Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)- 65/2021 nömrəli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X12 xeyrinə tutulması, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)- 372/2021 nömrəli qətnaməsi ilə ondan xx.xx.2016-cı il təvəllüdlü X9 müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 manat pulun iddiaçı X12 xeyrinə tutulması qət edilmişdir. X19 ilə ailəsi arasında problemlər mövcud olduğundan və X19 onun oğlu X10 təhqir etdiyindən aidiyyat üzrə polis şöbəsinə şikayət etmiş, oğlu Polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. Bunda əlavə oğlu X2 Nurlanə Musa qızına qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Sadalanan hallardan başqa həyat yoldaşı X7 davam edən məhkəmə prosesləri ilə əlaqədar 2019-cu ildə infarkt keçirmiş, bundan sonrada həyat yoldaşımın üzərinə şər və böhtanlar atmaqda davam etdiyinə gorə 2022-ci ıl aprel ayında vəziyyətinin yenidən ağırlaşması nəticəsində həkimə müraciət etmişdir. Aparılan müayinələr zamanı və xx.xx.2022-ci ıl tarixdə edilmiş anju nəticəsində məlum olmuşdur kı, 2019-cu ildə əməliyyat zamanı qoyulmuş stendlər tutulmuş və həyat yoldaşı yenidən ınfakt keçirmişdir. Hal-hazırda vəziyyəti cox ağırdır və açıq ürək əməliyyatına hazırlıq gedir. Qeyd olunan bütun bu hallar övladım ilə bizim aramızda münaqişənin yaranmasına səbəb olmuşdur. Yaranmış vəziyyətlə əlaqədar onlar hal hazırda oğlu X10 qeyd olunan mənzilə buraxmır və hətta ondan övlad kimi imtina səviyyəsinə gəlib çatmışlar. Qeyd olunanları nəzər alaraq və baş verə biləcək ailə faciəsinin qarşısının alınması üçün Nərimanov rayon məhkəməsinin 2(005)-2232/2020 saylı qətnaməsinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında (maraqlı şəxs) X15 ərizəyə uyğun ifadə verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. X5 ərizədə göstərilən hallarla razı olmadığını bildirərək ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair (maraqlı şəxs) X6 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəçi tərəfindən təqdim edilmiş ərizədən müəyyən olunur ki, hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 saylı icra sənədi üzrə X5, borclu X11r. Belə olan halda ərizəçi X15 həmin icra sənədi üzrə işdə iştirak edən şəxslərin sırasında olmaması X3 hazırki ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmamasını təsdiq olunur. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, hazırda ərizə subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən işdə iştirak edən şəxslərin hüquqlarının əsassız pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan hallara əsasən hesab edir ki, X4 borclu X8 qarşı “mənzilə köçürülmə tələbi”nə dair mülki iş üzrə X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəçi X15 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar