Məhkəmə qərarları › İş №8(005)-345/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-345/2023

25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-345/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5199/2014 nömrəli, xx.xx.2014-cü il tarixli və Sabunçu Rayon Məhkəməsinin 2(008)-8675/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Nərimanov Rayon Məhkəməsinin 2(005)-5199/2014 nömrəli, xx.xx.2014-cü il tarixli və Sabunçu Rayon Məhkəməsinin 2(008)-8675/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5199/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, Borclu 3580,34 manat məbləğində pul vəsaiti '‘Dəmirbank” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-8675/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Borclu istifadəsində olan mobil nömrəyə “SMS” bildiriş göndərilərək şöbəyə çağırılmış lakin Borclu şöbəyə gəlməkdən imtina etmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə borclunun şöbəyə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə qərar qəbul edilmişdir. İcra məmuru, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2.-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5199/2014 nömrəli, xx.xx.2014-cü il tarixli və Sabunçu Rayon Məhkəməsinin 2(008)-8675/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar