Məhkəmə qərarları › İş №8(005)-352/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-352/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-352/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Nərimanov Rayon Məhkəməsinin 2(005)-2009/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması üsulunun dəyişdirilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məiıkəməsinin 2(005)- 624/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması üsulu dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işin icraatına aşağıdakılara əsasən хitam vеrilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizə “alimentin tutulma qaydasının dəyişdirilməsi” barədə olmaqla, tələbinin əsasını sabit məbləğdə müəyyən edilmiş alimentin cavabdehin qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb alimentin tutulma qaydasından ibarət olduğundan hazırki işə icra icraatı qaydasında baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Belə olan halda hesab edirəm ki, hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi üçün mülki icraat qaydasında müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Nərimanov Rayon Məhkəməsinin 2(005)-2009/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması üsulunun dəyişdirilməsi barədə ərizəsi üzrə işin icraatına xitam verilsin. Ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. X4 aliment tutulma qaydasının dəyişdirilməsi üçün mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar