Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-354/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil, Tələbkar ASC-nin nümayəndəsi Babaşov Uğur Əkrəm oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Qalib Hüseynlinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Qalib Hüseynli təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4413/2017 nömrəli, xx.xx.2017-cı il tarixli icra sənədi üzrə Borclu məxsus bağ sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular X1, X4, X5, X14, X2 və X9 müştərək qaydada 7.159,59 ABŞ dolları və 563,81 manat məbləğində borc pul tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəflərindən xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclular tərəfindən məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmişdir və hazırda 7.159,59 ABŞ dolları və 563,81 manat məbləğində borcu mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borclulara verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Məcburi icra tədbirləri zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubuna əsasən məlum olmuşdur ki, borclu X6 adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsi qeydiyyatdan keçir. Belə olan halda tələbin sözügedən əmlaka yönəldilməsi üçün Borclu adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4413/2017 nömrəli, xx.xx.2017-cı il tarixli icra sənədi üzrə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimata yenidən baxılması qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus bağ sahəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Qalib Hüseynlinin təqdimatının geri qaytarılması, Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-220/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus bağ sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək Nərimanov Rayon Məhkəməsinin 8(005)- 354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərindən həbs götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-354/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadından Borclu şikayəti təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, təqdimata yenidən baxılması üçün işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, borcluya könüllü icra üçün vaxt verilməyib, İcra haqqında Qanunun tələbləri pozulub. Könüllü icra üçün vaxt verilmədən əmlak üzərinə həbs qoyula bilməz. Həmçinin ev borclunun yeganə yaşayış yeridir, tək qadındır. İcra məmuru tərəfindən bu hallar araşdırılmayıb. Torpaq üzərində bağ tikilisi var, o torpaqda həmçinin əkib-becərir, onunla dolanır. Borc digər borclular arasında bölünməlidir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi Babaşov Uğur Əkrəm oğlu bildirmişdir ki, xanıma məlumat verilmədiyi bildirilsə də, 3 qiymətləndirici tərəfindən əmlaka qiymət qoyulması üçün ona müraciətlər edilib, onunla əlaqə saxlanılıb. O, hər dəfə müxtəlif bəhanələrlə əmlakın yerini bildirməkdən boyun qaçırır. Odur ki, onun icra proseslərindən məlumatı var. 12-13 min manat borcları var. Onlar borclulara güzəşt edərək 6800 manatla borcun bağlanılmasına razıdırlar. Lakin borclular icra sənədinin icra olunması ilə bağlı heç bir addım atmır. Bu səbəbdən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdimatı və təqdimata əlavə olunmuş sənədləri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Təqdimata əlavə edilmiş AR ƏMDK yanında DƏDRX-nın xx.xx.2017-ci il tarixli məktubunun surətindən və “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsi Borclu adına qeydiyyata alınmışdır. Təqdimatın təmin edilməsi barədə rayon məhkəməsinin qərardadını ləğv edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 8(103)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 7.159,59 ABŞ dolları məbləğində və 533,81 manat məbləğində borc, habelə 30 manat, yəni hazırki vəziyyətdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla, təxminən 13.000 manat məbləğində pul müştərək qaydada 5 borcludan, yəni X1, X4, X7, X10, X14 və Borclu tutulmalıdır. Qeyd edilən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirilmiş məcburi icra tədbirləri çərçivəsində borclulardan biri olan X3 mülkiyyətində bağ sahəsinin olduğu müəyyən edilmiş və icra məmurunun təqdimatına əsasən birinci instansiya məhkəməsi tərəfindən həmin sahənin üzərinə həbs qoyulmuşdur. Lakin nəzərə alınmalıdır ki, bu ilk məcburi icra tədbiri deyil, ötən dövr ərzində digər məcburi icra tədbirləri də həyata keçirilmiş, o cümlədən icra sənədi üzrə borcun X11 və X12 təqaüdünə, habelə Borclu əmək haqqına yönəldilməsi üçün Nərimanov rayon İcra şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2018-ci il tarixdə Nərimanov rayon DSMF-yə, xx.xx.2018-ci il tarixdə isə "xxxx" ASC-yə müraciət edilmişdir. Bundan əlavə şöbənin təqdimatları əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-271/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(005)-98/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadları ilə müvafiq olaraq X12 mülkiyyətində olan “Kia Optima” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin və X15 mülkiyyətində olan “Mercedes C220” minik markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Nəticə etibarı ilə qeyd edilən tədbirlərin nəticəsiz qalması, o cümlədən təqaüdün və əmək haqqının tutulmamasının, habelə avtomobillərin realizə edilməməsinin səbəbləri məlum deyil. Təqdimata əsasən icra sənədində göstərilən borc məbləği hələ də qalmaqdadır. Halbuki, bu tədbirlərin yerinə yetirilməsi nəticəsində borc məbləği tam ödənilməli və ya əhəmiyyətli dərəcədə azalmalı idi. Bununla belə, nəticədə etibarı ilə hazırda 5 borcludan 2-nin təqaüdçü olduğu, 1-nin əmək haqqı aldığı, habelə 3-ün mülkiyyətində olan əmlak üzərinə həbs qoyulduğu, bunlara münasibətdə məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilir. Bu da öz növbəsində həmin məcburi icra tədbirlərinin nəticələri araşdırılmadan hazırki təqdimata baxılmasını qeyri-mümkün edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən icra tədbirlərinin nəticələrinin araşdırılmasını zəruri hesab etmişdir. Bu səbəblə, hazırkı iş üzrə icra tədbirlərinin aydınlaşdırılması məqsədilə müvafiq sorğular göndərilmiş və icra işinin materialları tələb edilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular X1, X4, X5, X9, X14 və Borclu Beyrut qızından müştərək qaydada xx.xx.2014-cü il tarixli, 09R000011439 saylı kredit müqaviləsi üzrə cəmi 7159.59 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, xx.xx.2014-cü il tarixli, 009KK00000175 saylı kredit müqaviləsi üzrə cəmi 533,81 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Tələbkar QSC-nin xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclular barəsində müvafiq orqanlara sorğular göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı icra sənədi üzrə tələb borclu X12 və borclu X8 pensiyasına yönəldilmiş və borcluların pensiyasından qismən tutulma aparılmışdır. Nərimanov Rayon Məhkəməsinin 8(005)- 271/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən borclu X13 məxsus “Kia Optima” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Sözügedən qərardad icra olunması üçün xx.xx.2018-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. ‘'Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən icra sənədi üzrə borclu X12 adında olan əmlak məlumatlarında avtomobil aşkar edilməmişdir. Şifahi əldə edilmiş məlumata əsasən “Kia Optima” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə borclu X12 adından qeydiyyatdan çıxarılmışdır. Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu Beyrut qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. Sözügedən qərardad icra olunması üçün xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Borclu Beyrut qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar QSC-nin xx.xx.2022-ci il tarixli məlumatına əsasən icra sənədi üzrə qalıq borcu 6364.91 ABŞ dolları, 533.81 manat və 30 manat dövlət rüsumu təşkil edir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-274/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlak Sabunçu rayonu ərazisində yerləşdiyindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə ərazi aidiyyəti üzrə Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. İcra işinin materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-27/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, 20.072017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X12 adına qeydiyyatdan keçən “Kia Optima” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-98/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4413/2017 saylı, 20.072017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X15 mülkiyyətində olan “Mercedes Benz C220” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclunun əmlakının axtarılması haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə X15 mülkiyyətində olan “Mercedes Benz C220” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə axtarış elan edilmiş, avtomobil saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-98/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə borclu X16 ərizəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-98/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X15 mülkiyyətində olan “Mercedes Benz C220” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə digər borcluların adlarına olan əmlaklar da mövcud borcun ödənilməsinə kifayət edir. İcra ödənişinin alınması haqqında xx.xx.2017-ci il tarixli qərarlardan görünür ki, X1 891,45 manat, X4 891,45 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Məcburi icra ödənişi haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Borclu 501,17 ABŞ dolları və 39,46 manat icra ödənişinin alınması qərara alınmışdır. Məcburi icra ödənişi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclulardan ödənilməli olan məbləğin 7%-i miqdarında icra ödənişinin tutulması qərara alınmışdır. İcra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərar ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi ərazi aidiyyəti üzrə Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. İcra işinin materiallarından görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək borcun ödənişini təmin etmək məqsədilə icra tədbirlərinin davam etdirilməsini, borc öhdəliyinin çox olmasını nəzərə alaraq, digər məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Nərimanov İcra Şöbəsinin icra məmurunun məktubundan görünür ki, zərurət aradan qalxdığından Borclu Beyrut qızının əmək haqqısından ödənişlərin dayandırılması xahiş olunmuşdur. Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli, 074504 saylı məktubundan görünür ki, borclular tərəfindən xx.xx.2022-ci il olmaqla ümumilikdə 794,68 ABŞ dolları ödəniş edilmişdir və hazırda qeyd olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-4413/2017 saylı qətnaməsi üzrə borc 6364,91 ABŞ dolları və 563,81 manat təşkil edir. Göründüyü kimi, borclulara məxsus avtomobillər üzərinə həbs qoyulsa da, bir avtomobil üzərindən həbs məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə götürülmüş, digər avtomobilin isə axtarışda olmasına baxmayaraq tapılması mümkün olmamışdır. Həmçinin tutmanın borcluların pensiyasına yönəldilməsi barədə məcburi icra tədbiri ilə bağlı qeyd olunmalıdır ki, nə qədər ki, iş üzrə icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı mövcud deyildir, icra sənədi tam şəkildə, ağlabatan (mümkün qədər qısa) müddət ərzində icra edilməlidir. Həmçinin hazırki iş üzrə tələbkar icra şöbəsinə müraciət edərək borc məbləği çox olduğundan digər məcburi icra tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 44.3-cü maddəsinə uyğun olaraq, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 45.6 və 45.7-ci maddələrinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Hazırki iş üzrə Borclu onun mülkiyyətində başqa mənzilin olmaması, evin onun yeganə yaşayış yerinin olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, borclunun mülkiyyətində Bakı Şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsi mövcuddur və Sabunçu Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsi ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, mübahisələndirilən bağ sahəsində tikilmiş evin ümumi sahəsi 229.37 m2 təşkil edir. Göründüyü kimi, qeyd edilən əmlakın sahəsi kifayət qədər böyükdür və həmin ev borclunun yeganə yaşayış yeri kimi qiymətləndirilə bilməz. Belə ki, əks hal hüquqlardan sui-istifadəyə yol açmaqla, ədalətli məhkəmə araşdırması hüququnun bir hissəsi olan məhkəmə qərarlarının icrasının məcburiliyinə mane olar. Borclunun icra sənədinin könüllü icrası ilə bağlı ona bildiriş verilməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qanunun 44.1.3-cü maddəsinə görə isə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məcburi icra tədbiri kimi həbsin tətbiq edilməsinin başlıca məqsədi, icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş müddət bitdikdən sonra, tələbkarın pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəmə və digər orqanların qərarlarının məcburi icra edilməsidir. Hazırki iş üzrə məhkəmə tərəfindən icra işinin materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Borclu icra sənədinin könüllü icrası barədə bildirişin rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, Borclu ilk dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin əmlakın üzərinə həbs qoyulması barədə 8(005)- 274/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından xx.xx.2023-cü il tarixində şikayət vermişdir. Bu hal isə borclunun ən azından aprel ayından etibarən icra sənədindən məlumatlı olduğunu, bununla belə, müvafiq məhkəmə qərarının icra edilməsi üçün heç bir addım atmadığını təsdiq edir. Müvafiq bildirişin təqdim edilməməsinə əsaslanmaqla mövcud vəziyyətdə əmlakın üzərinə həbs qoyulmaması həmin əmlakın borclunun mülkiyyətindən çıxarılmasına, icra sənədinin icrasının daha da çətinləşməsinə səbəb ola bilər. Bu hal borclunun hüquqlarından sui-istifadəsinə, qanunvericilik normalarının məzmunundan başqalarına ziyan vuran şəkildə istifadə edilməsinə şərait yaratmış olur, eləcə də icra qanunvericiliyinin əsaslandığı obyektivlik, ədalətlilik prinsipləri ilə ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün məcburi icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1509 saylı bağ sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-354/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-354/2023
27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver