Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-363/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus torpağın üzərinə qoyulmuş həbsin ləğvi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4225/2018-009 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 293.15 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5776/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 034,56 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5423/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu 734,56 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov Rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Sorğudan əldə olunmuş məlumata əsasən Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq müəyyən edilərək, həmin torpağın üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(005)-290/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Belə ki, Borclu tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5776/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5423/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4225/2018-009 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədləri tam təmin olunmuşdur. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-290/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpağın üzərindən həbsin götürülməsi xahiş olunur. İcra məmuru, cavabdeh və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan: Tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış məktubların surətindən görünür ki, Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5423/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(005)-5776/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinə əsasən borcunu tam olaraq ödəmişdir. Bu baxımdan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5423/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(005)-5776/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinə xitam verilməsini xahiş etmişdir. İcra sənədinə əlavə edilmiş "xxxx" MMC-yə məxsus Bİ10886335 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Borclu icra sənədi üzrə borcunu tam ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpağın üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpağın üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №8(005)-363/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-363/2022
09.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver