Məhkəmə qərarları › İş №8(005)-365/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-365/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-365/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-658/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 658/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Daewoo Espero” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-2258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1265.33 manat məbləğində borc tutularaq “ABC-Telecom’’ MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2258/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan “Daewoo Espero” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-658/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Belə ki, borc məbləği borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu oğlundan xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 469.8 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 763.2 manat ödənilməmiş hissə ümumilikdə, 1233 manat borc və 32.33 manat dövlət rüsumu iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 658/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Daewoo Espero” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla tələbin həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan Tələbkar MMC-nin Nərimanov rayon icra şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə aktı tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-658/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Daewoo Espero” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-658/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Daewoo Espero” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar