Məhkəmə qərarları › İş №8(005)-367/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-367/2022

07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-367/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun qaydası dəyişdirilərək mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının mənzillərin yerləşdiyi binaya nəzarəti həyata keçirən “Orxan-TİT" MMC tərəfindən iddiaçıya verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdeh “Konstra" MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) qarşı “mənzillərin təhviltəslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi əsasında Nərimanov Rayon Məhkəməsində 2(005)- 4694/2021 saylı mülki iş başlanılmış və başlanılmış mülki iş üzrə xx.xx.2021-ci il tarixdə qətnamə qəbul edilmişdir. Qətnamədə iddianın təmin edilməsi, mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının cavabdeh “Konstra" MTK tərəfindən iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə alaraq icraya yönəldilmişdir. Bununla belə həmin qətnamənin əsasında verilmiş 2(005)-4694/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsi hazırki tarixədək icra edilməmiş qalmaqdadır. Belə ki, icra məmuru qətnamənin nəticə hissəsində göstərilən mənzillərin və həmin mənzillərin açarlarının məhz "xxxx" MTK tərəfindən iddiaçıya verilməli olduğunu, hazırda iso mənzillərin yerləşdiyi binanın “Orxan- TİT" MMC-nin nəzarətində olduğunu bəhanə edərək icra hərəkətlərini icra etməkdən boyun qaçırır və bugünkü tarixədək hər hansı icra hərəkəti həyata keçirmir. Bu səbəbdən də icra vərəqəsi bu günədək icra edilməmiş vəziyyətdə qalmışdır. Məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinə icra sənədinin izah edilməsinə dair ərizə ilə müraciət olunmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)-4694/2021 saylı qərardadı ilə iddiaçı X3 cavabdeh “Konstra" MTK-ya qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Orxan-TİT" MMC cəlb edilməklə) tələbinə üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin izah edilməsinə dair tələbkar X3 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bununla belə məhkəmə həmin qərardadda qeyd edib ki, məhkəmə ərizədə tələbkar tərəfindən qeyd olunan binanaya başqa qurumun nəzarət etməsi səbəbindən qətnamənin icra edilməməsi fikri ilə razılaşmır, həmin binaya nəzarətin başqa şəxsə keçməsi binadan olan müvafiq mənzil üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi aradan qaldırmır və qeyd olunan qətnamənin icrası icra orqanı tərəfindən təmin edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)-4694/2021 saylı qərardadında yazılmışdır ki, icra vərəqəsindən göründüyü kimi ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m. yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı və ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun. 18-ci mərtəbəsində yerləşən, umunu sahəsi 152.43 kv.m. yaşayış sahəsi 136.40 kv.m olan 3 otaqdan ibarət ızolə olunmuş C03 mənzilllərin. bu mənzillərin açarlarının iddiaçıya təhvil verilməsi bildirilmişdir. Odur ki. hazırda həmin mənzillərin tələbkara təqdim edilməsi üzrə qətnamədə hər-hansı uyğunsuzluq müəyyən olunmamışdır. Məhkəmə ərizədə tələbkar tərəfindən qeyd olunan binanaya başqa qurumun nəzarət etməsi səbəbindən qətnamənin icra edilməməsi fikri ilə razılaşmayaraq bildirir ki. həmin binaya nəzarətin başqa şəxsə keçməsi binadan olan müvafiq mənzil üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi aradan qaldırmır. Qeyd olunan qətnamənin icrası icra orqanı tərəfindən təmin edilməlidir. Bu səbəbdən hesab edirik ki, yaranmış vəziyyətdə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin icra üsulu və qaydası dəyişdirilərək mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının mənzillərin yerləşdiyi binaya nəzarəti həyata keçirən "xxxx" MMC tərəfindən iddiaçıya verilməsi nəzərdə tutulmalıdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək təqdim etdiyi ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi, borclu və tələbkar xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Bu halda təqdimata Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin nümayəndəsinin, boorclu və tələbkarın iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətindən şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 367-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair X3 ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar