Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-367/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X1 iştirakı ilə, İcra sənədinin hissə-hissə icrası barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-284/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli e87553/2025-15-2 saylı icra qərarına əsasən cavabdeh X4 tutulmalı olan borc üzrə aylıq ödənişin 100-200 manat və ya maaşının 5-10%-i miqdarında müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki ,onun maliyyə vəziyyətini nəzərə alaraq aylıq sabit öhdəlikləri vardır.( İpoteka ödənişi - 1200 manat, ABB Bankdan götürülmüş nağd kredit üzrə aylıq ödəniş - 460 manat, "BirKart" üzrə ümumi borc - 10,500 manat (aylıq faiz ödənişi 2500 manat) ,sağlamlıqla bağlı tibbi xərclər - 300 manat, (Ürəyində 3-cü dərəcəli AV blokada və aortal çatışmazlıq diaqnozu əsasında davamlı müalicə tələb olunur). Borclunun rəsmi əməkhaqqısı 3000 manat təşkil edir. Yuxarıda göstərilən öhdəliklər və xüsusilə "BirKart" üzrə aylıq faiz ödənişi çıxdıqdan sonra şəxsi ehtiyacları və ailəsinin minimum yaşayışı üçün cəmi 500-600 manat geri qalır. Bu məbləğ isə faktiki olaraq yaşayış minimumunu tam qarşılamır. Bundan əlavə, xx.xx.2025-ci il tarixində çıxarılmış məhkəmə qərarında borcun ödənilmə müddəti göstərilməmişdir ki, bu da hüquqi qeyrimüəyyənlik yaradır. Borclu bildirir ki,o,borcun ödənilməsindən imtina etmir. Lakin xahiş edir ki, mövcud maddi və tibbi durumu, eləcə də borcun yaranma şəraiti nəzərə alınaraq, aylıq ödənişin 100-200 manat və ya maaşının 5-10%-i miqdarında müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Tələbkara isə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəsini, habelə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-284/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki,iddia qismən təmin edilmiş,cavabdeh X4 18100 manat məbləğində pul,vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 800 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 196,5 manat pulun 105 manatı.cəmi 19005(on doqquz min beş) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki,Bakı Şəhəri Nərimanov Rayon Mhkəməsinin e-2(005)-284/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarına əsasən icraata başlanılmış və borclu X5 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, təmin etmədikdə isə barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən X5 göndərilən “tələbin könüllü icrası haqqında” bildirişə əsasən,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-284/2025 nömrəli,xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələb 10 gün müddətində könüllü icra etməyi ,etmədiyi təqdirdə isə barəsində məcburi icra tədbirlərinin görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “məcburi icra ödənişi haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-284/2025 nömrəli,xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu X7 tərəfindən ödənilməli olan 19005 manat məbləğində pulun 7%- həcmində 1330,35 manat pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon icra şöbəsinin (kodu 210005, VÖEN: 140155 5071, M/h: AZE41NABZ********************: S.W.İ.F.TBİKCTREAZ22h Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon icra Şöbəsi kitabı 142330: VÖEN: 13002861 11, Hesab nömrəsi: AZ84CTRE**********000 2088571) hesabına tutulması qərara alınmışdır. AZEMİS elektron məhkəmə informasiya sistemidnən çıxarışdan görünür ki, borclu “AZERCONNECT MMC”-də mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 3641,14 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir: Hər hansı məhkəmə tərəfindən verilən bu cür qərarların icrası hüququ "məhkəməyə hüququn" ayrılmaz hissəsidir (Hornsby Yunanıstana qarşı, § 40; Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 196). Əks halda, 6 § 1 Maddənin müddəaları bütün faydalı təsirindən məhrum edilər (Burdov Rusiyaya qarşı, §§ 34 və 37) Məhkəmə qərarının icrasında müəyyən gecikmələr xüsusi şərtlər altında əsaslandırıla bilsə də, bu gecikmə iddiaçının qərarın icra edilməsi hüququna xələl gətirəcək dərəcədə olmamalıdır (Burdov Rusiyaya qarşı, §§ 35-37). Beləliklə, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində mülki işə baxaraq 2(005)-284/2025 saylı qətnamə ilə tutulması qət edilən məbləğin hissəhissə ödənilməsinə dair borclunun təklifinə tələbkar razı deyildir və borcun tam şəkildə ödənilməsini xahiş edir. Borclu ərizəsində tutulmasını xahiş etdiyi aylıq məbləğ 100-200 manat, və ya əmək haqqının 5-10% miqdarında müəyyən edilməsini xahiş edir ki, bu da borcun ödənilməsi müddətinin ağlabatan olmayan müddətə uzadılmasına səbəb olacaqdır. Belə olan halda isə tələbkarın haqlı mənafeyi pozulur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının maraqlarının qorunması və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-284/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-367/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-367/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver