Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-368/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X5 oglunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1516/2021 nömrəli, 12.10 2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində Borclu oglunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-1516/2021 nömrəli, 12.10 2021--ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində Borclu oglunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-1516/2021 saylı, 12.10 2021 -cı il tarixli icra sənədinə əsasən, Borclu ilə Tələbkar arasında 04 may 2004-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon WADQ Şöbəsində 248 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulmalı, 20 mart 2005-ci il təvəllüdlü X6 və 20 iyul 2007-cı il təvəllüdlü X7 iddiaçı Tələbkar yanında saxlanılmalı, 20 mart 2005-cı ıl təvəllüdlü X8 və 20 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kımı saxlanılması ilə bağlı cavabdeh Borclu hər ay hər uşaq uçun 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutulub iddiaçı Tələbkar ödənilməli və 20 mart 2005- cı ıl təvəllüdlü X3 münasibətdə alımentin tutulma vaxtı 28 iyul 2021 -ci il tarixdən, 20 iyul 2007-cı ıl təvəllüdlü X4 murasıbətdə 19 fevral 2021 -ci ıl tarixdən hesablanmalıdır. İcra sənədi şöbənin icraatına 14 10.2021-cı il tarixdə daxıl olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bır münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Məhkəmə qərarını könüllü icra etmədiyinə gorə dəfələrlə borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu tərəfindən bu vaxta qədər məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmiş, həmçinin xəbərdarlıq məktubuna hər hansı münasibət bildirilməmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmiş lakin borclunun adma hər hansı daşınar yaxud daşınmaz əmlak aşkar edilməmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması borclu X1 hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Yuxarıda qeyd edilənləri və icra haqqında Azərbyacan Respublikası Qanununun 84-1 1 -cı maddəsini rəhbər tutaraq Nərimanov rayon Məhkəməsinin 2(005)-1516/2021 saylı, 12 10 2021-cı ıl tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdrılməsı məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1982-cı ıl təvəllüdlü Bakı şəhəri, Nərimanov rayonu, A M Cümə küçəsi. 15. 7 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək huququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq borcluya qərar və bildiriş rəsmi qaydada təqdim edilmiş, həmçinin bu barədə məhkəməyə və tələbkara məlumat verilmişdir. Lakin, Borclu oglu könüllü icra üçün təyin edilmiş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1516/2021 nömrəli, 12.10 2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx.xx.1982-cı ıl təvəllüdlü Bakı şəhəri, Nərimanov rayonu, A M Cümə küçəsi. 15. 7 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-368/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-368/2022
20.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver