Məhkəmə qərarları › İş №8(005)-368/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-368/2023

08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-368/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 mülkiyyətində olan “Toyota Camry minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Tələbkar MMC-nin borclular Borclu2 və Borclu1 qarşı pul tələbinə dair mülki iş üzrə Tələbkar MMC, borclular Borclu2 və Borclu1 arasında bağlanmış 30 05.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməlidir. 1-Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Borclu2 və Borclu1 tərəfindən Tələbkar MMC şirkətinə ödəniləcək borc məbləği 4310 manat dəyərində müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2- Tələbkar MMC borc məbləğinin, yəni 4310 manat məbləğinin Borclu2 və Borclu1 tərəfindən ödənilməsi müqabilində iddia tələbindən imtina edir. 3- Borclu2 və Borclu1 xx.xx.2023-cü il tarixindən 4310 manat məbləğində pulu aşağıdakı ödəniş qaydasında ödəmək öhdəliyini üzərinə götürür. 4-Ödəniş qaydası: xx.xx.2023-cü ıl tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat. xx.xx.2023-cü ıl tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 310 manat pul ödəniləcəkdir. 5-Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. Ödənişlər nağd qaydada həyata keçirildiyi təqdirdə birinci tərəf ikinci tərəfə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş qəbz təqdim edəcəkdir. 6-Bu Sazişin 4-cü bəndində göstərilən öhdəlik nəzərdə tutulmuş müddət ərzində icra edilmədiyi təqdirdə, tələbkar tərəfindən borclu barəsində 1000 manat məbləğində cərimə tətbiq edilir. 7-Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “Toyota Camry minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu1 mülkiyyətində olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar MMC-nin cavabdehlər Borclu2 və Borclu1 qarşı pul tələbinə dair mülki iş üzrə Tələbkar MMC, cavabdehlər Borclu2 və Borclu1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: 1-Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Borclu2 və Borclu1 tərəfindən Tələbkar MMC şirkətinə ödəniləcək borc məbləği 4310 manat dəyərində müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2-Tələbkar MMC borc məbləğinin, yəni 4310 manat məbləğinin Borclu2 və Borclu1 tərəfindən ödənilməsi müqabilində iddia tələbindən imtina edir. 3- Borclu2 və Borclu1 xx.xx.2023-cü il tarixindən 4310 manat məbləğində pulu aşağıdakı ödəniş qaydasında ödəmək öhdəliyini üzərinə götürür. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu1 mülkiyyətində “Toyota Camry minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus Toyota Camry minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu1 məxsus “Toyota Camry minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 məxsus “Toyota Camry minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar